Xosrov və Şirin, fəsil 29
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
یکی شب از شب نوروز خوشترچه شب کز روز عید اندوهکشتر
سماع خرگهی در خرگه شاهندیمی چند موزونطبع و دلخواه
مقالتهای حکمت باز کردهسخنهای مضاحک ساز کرده
به گرداگرد خرگاه کیانیفرو هشته نمدهای الانی
دمه بر در کشیده تیغ فولادسر نامحرمان را داده بر باد
درون خرگه از بوی خجستهبخور عود و عنبر کِله بسته
نبیدِ خوشگوار و عشرت خوَشنهاده منقل زرین پر آتش
زگال ارمنی بر آتش تیزسیاهانی چو زنگی عشرتانگیز
چو مشک نافه در نشو گیاهیپس از سرخی همیگیرد سیاهی
چرا آن مشکبید عود کردارشود بعد از سیاهی سرخ رخسار
سیه را سرخ چون کرد آذرنگیچو بالای سیاهی نیست رنگی
مگر کز روزگار آموخت نیرنگکه از موی سیاه ما بَرَد رنگ
به باغ مشعله دهقان انگشتبنفشه میدرود و لاله میکِشت
سیه پوشیده چون زاغان کُهسارگرفته خون خود در نای و منقار
عقابی تیر خود کرده پر خویشسیه ماری فکنده مهره در پیش
مجوسی ملتی هندوستانیچو زردشت آمده در زندخوانی
دبیری از حبش رفته به بلغاربه شنگرفی مدادی کرده بر کار
زمستان گشته چون ریحان ازو خوشکه ریحان زمستان آمد آتش
صراحی چون خروسی ساز کردهخروسی کاو به وقت آواز کرده
ز رَشکِ آن خروسِ آتشینتاجگَهی تیهو بر آتش گاه دراج
روان گشته به نقلان کبابیگَهی کبک دری گه مرغ آبی
ترنج و سیب لب بر لب نهادهچو در زرینصراحی لعلِ باده
ز نرگس وز بنفشه صحن خرگاهگلستانی نهاده در نظرگاه
ز بس نارنج و نار مجلسافروزشده در حقهبازی باد نوروز
جهان را تازهتر دادند روحیبه سر بردند صبحی در صبوحی
ز چنگ ابریشم دستان نوازاندریده پردههای عشقبازان
سرود پهلوی در نالهٔ چنگفکنده سوز آتش در دل سنگ
کمانچه آه موسیوار میزدمغنی راه موسیقار میزد
غزل برداشته رامشگر رودکه بدرود ای نشاط و عیش بدرود!
چه خوش باغی است باغ زندگانیگر ایمن بودی از باد خزانی
چه خرم کاخ شد کاخ زمانهگرش بودی اساس جاودانه
از آن سرد آمد این کاخ دلآویزکه چون جا گرم کردی گویدت خیز
چو هست این دیر خاکی سستبنیادبه بادهاش داد باید زود بر باد
ز فردا و ز دی کس را نشان نیستکه رفت آن از میان وین در میان نیست
یک امروز است ما را نقد ایامبر او هم اعتمادی نیست تا شام
بیا تا یک دهن پر خنده داریمبه می جان و جهان را زنده داریم
به ترک خواب میباید شبی گفتکه زیر خاک میباید بسی خفت
ملک سرمست و ساقی باده در دستنوای چنگ میشد شست در شست
در آمد گلرخی چون سرو آزادز دلداران خسرو با دل شاد
که بر دربار خواهد بنده شاپورچه فرمایی در آید یا شود دور؟
ز شادی خواست جَستن خسرو از جایدگر ره عقل را شد کارفرمای
بفرمودش درآوردن به درگاهز دلگرمی به جوش آمد دل شاه
که بد دل در برش ز امید و از بیمبه شمشیر خطر گشته به دو نیم
همیشه چشم بر ره دل دو نیم استبلای چشم بر راهی عظیم است
اگر چه هیچ غم بیدردسر نیستغمی از چشم بر راهی بتر نیست
مبادا هیچکس را چشم بر راهکز او رخ زرد گردد، عمر کوتاه
در آمد نقشبندِ مانویدستزمین را نقشهای بوسه میبست
زمین بوسید و خود بر جای میبودبه رسم بندگان بر پای میبود
گرامی کردش از تمکین خود شاهنشاند او را و خالی کرد خرگاه
بپرسید از نشان کوه و دشتششگفتیها که بود از سر گذشتش
دعا برداشت اول مرد هشیارکه شه را زندگانی باد بسیار
مظفر باد بر دشمن سپاهشمیفتاد از سر دولت کلاهش
مرادش با سعادت رهسپر بادز نو هر روزش اقبالی دگر باد
حدیث بنده را در چارهسازیبساطی هست با لَختی درازی
چو شه فرمود گفتن، چون نگویم؟رضای شاه جویم، چون نجویم؟
وز اول تا به آخر آن چه دانستفروخواند آن چه خواندن میتوانست
از آن پنهان شدن چون مرغ از انبوهوز آن پیدا شدن چون چشمه در کوه
به هر چشمه شدن هر صبحگاهیبر آوردن مُقنّعوار ماهی
وز آن صورت به صورت باز خوردنبه افسون فتنهای را فتنه کردن
وز آن چون هندوان بردن ز راهشفرستادن به ترکستان شاهش
سخن چون زآن بهار نوبر آمدخروشی بیخود از خسرو برآمد
به خواهش گفت کآن خورشیدرخساربگو تا چون به دست آمد دگر بار؟
مهندس گفت کردم هوشیاریدگر اقبال خسرو کرد یاری
چو چشم تیرگر جاسوس گشتمبه دکان کمانگر برگذشتم
به دست آوردم آن سرو روان رابت سنگیندل سیمینمیان را
چه دیدم؟ تیزرایی تازهروییمسیحی بسته در هر تار مویی
همه رخ گل چو بادامه ز نغزیهمه تن دل چو بادامِ دو مغزی
میانی یافتم کز ساق تا رویدو عالم را گره بسته به یک موی
دهانی کرده بر تنگیش زوریچو خوزستانی اندر چشم موری
نبوسیده لبش بر هیچ هستیمگر آیینه را آن هم به مستی
نکرده دست او با کس درازیمگر با زلف خود وآن هم به بازی
بسی لاغرتر از مویش میانشبسی شیرینتر از نامش دهانش
اگر چه فتنهٔ عالم شد آن ماهچو عالم فتنه شد بر صورت شاه
چو مه را دل به رفتن تیز کردمپس آن گه چاره شبدیز کردم
رونده ماه را بر پشت شبرنگفرستادم به چندین رنگ و نیرنگ
من این جا مدتی رنجور ماندمبدین عذر از رکابش دور ماندم
کنون دانم که آن سختی کشیدهبه مشگوی ملک باشد رسیده
شه از دلدادگی در بر گرفتشقدم تا فرق در گوهر گرفتش
سپاسش را طراز آستین کردبر او بسیار بسیار آفرین کرد
حدیث چشمه و سر شستن ماهدرستی داد قولش را بر شاه
ملک نیز آن چه در ره دید یکسریکایک باز گفت از خیر و از شر
حقیقت گشتشان کآن مرغ دمسازبه اقصای مداین کرده پرواز
قرار آن شد که دیگر باره شاپورچو پروانه شود دنبال آن نور
زمرد را سوی کان آورد بازریاحین را به بستان آورد باز
Bir gecə, novruzdan daha şən gecə.Bayram gündüzütək xoş, rövşən gecə,
Şahın çadırında saray nəğməsi,İncə sözlülərin mehriban səsi...
Nədimlər hikmətdən açmışdı söhbət,Bir yanda məzhəkə, bir yanda ülfət.
Kəyan çadırının dörd yanı bu günAlan keçəsiylə əlvandı bütün.
Qapıda sıyrılmış polad qılınclarYadların başını dibdən qoparar.
Çadırlarda yanan udun, ənbərinQoxusu çökmüşdü hər yana dərin.
Şərablar edirdi içəni xumar,Ortada od dolu qızıl manqallar.
Ərmən kömüründən alınan atəşBir kefli zəncidir, sevincli həbəş.
Göbək müşkü kimi neçə rəng alır,Əvvəl al rəng olur, sonra qaralır.
Neçin ud qoxulu bu qara kömürQara rəngdən sonra al rəngə dönür?
Qara, rəng götürməz deyirlər, ancaqOd necə qızartdı qaranı, bir bax!..
Bu hiyləni ona öyrətdi zaman:O silir qaranı saçlarımızdan.
Barmaqlar kəndlitək o bağa girdi,Bənövşəni biçib, lalə bitirdi.
O, dağ qarğasıtək geyinmiş qara,Boyanıb dimdiyi qızıl qanlara.
Odur yaralanmış qanlı qaraquşQara ilan kimi muncuğa uymuş.
Kömür - Hindistanlı bir atəşpərəst,O da Zərdüşt kimi oxuyur "Avəst."
Bir həbəş mirzəsi getmiş Bulqara,Qırmızı qələmlə yazırdı qara.
Qışı bir reyhana döndərən odur,Qışın da reyhanı istidir, oddur.
Sürahilər banlar xoruz kimidir,Lazım gələn zaman onlar səs verir.
Xoruzun başında görüb odlu tac,Bəzən kəklik yanır, bəzən də turac.
Kabab və əyirdək axırdı çaytək.Bəzən kəklik gəlir, bəzən də ördək.
Alma, narınc vermiş dolaq-dodağa,Al şərab tökülmüş qızıl bardağa.
O qədərdi narınc, o qədərdi nar -Bir hoqqabaz olub oynayır ruzgar.
Dünyaya təptəzə bir ruh verdilər,İçib kef çəkdilər səhərə qədər.
İpək tel çənglərdə dəstgah çalanlarAçdılar ürəkdə, könüldə nə var.
Pəhləvi nəğməsi axıb hər yanaBir yanğın salmışdı daşın bağrına.
Kaman Musa kimi yanır, inləyir,Çalan xanəndəni durub dinləyir.
Oxuyan bir gözəl qəzəl başladı,Bu kefi, işrəti çox alqışladı:
"Xəzan küləkləri versəydi aman,Həyatın bağçası olardı xəndan.
Zəmanə eyvanı nə xoş olardı,Əbədi olsaydı bu dünya, barı!
Dövrana göz qoyub diqqətlə baxsan,Yerin qızan zaman "qalx" deyir zaman.
Bu qəsrin əsası boşdursa belə.Şərab iç, tezliklə onu ver yelə.
Dünəndən, sabahdan kim verər xəbər?Sabah hələ yoxdur, keçib dünənlər.
Əldə nəqdi ancaq bir günümüz var,Ona da şamadək yoxdur etibar.
Gəl, ağız dolusu deyək, gülüşək,Mey içək, qoy dünya bəzənsin göyçək.
Bir gecə yuxusuz qalsaq nə olar?Torpağın altında çox yuxumuz var."
Şah sərxoş, saqinin əlində bir cam,Çəng səsi tutmuşdu hər yanı tamam.
Xosrovun sərvtək gözəllərindənBiri gəldi ora, sevincək və şən.
Dedi: "Şapur gəlib, rüsxət istəyir,Gəlsin, ya gəlməsin, şahım nə deyir?"
Xosrov sevincindən sıçrayacaqdı,Tərpənmədi, əqlin sözünə baxdı.
"Şapuru hüzura buraxın" dedi,Qəlbi həyəcanla yaman titrədi.
Təlaşlı ürəyi ümid, qorxudanŞübhə qılıncıyla bölündü bu an.
Göz yolda qalanda bölünər ürək,Ağır bir bəladır ayrılıq çəkmək.
İşgəncəsiz olmaz heç qəm, doğrudur,Gözü yolda qalmaq lap yaman olur.
Yollarda qalmasın heç kəsin gözü,Həsrət ömrü qırır, saraldır üzü.
O Maniyə bənzər nəqqaş gələrək,Naxış saldı yerə - öpüşdən bəzək.
Yeri öpdü, yenə qaldı yerində,Bu qul kimi durdu şah qənşərində.
Oturtdu onu şah, etdi mərhəmət,Məclisi yadlardan eylədi xəlvət.
Ondan xəbər aldı sərgüzəştini,Bu yerin, dağ-daşın vəziyyətini.
Şaha dua etdi o müdrik kişi,Dedi: "Rəvac olsun şahımın işi!
Qoşunu düşmənə qələbə çalsın,Bu dövlət papağı başında qalsın.
Olsun səadətlə yoldaş istəyi,Hər gün başa çatsın bir xoş diləyi.
İşin təfsilatı, desəm, çox çəkər,Başıma gəlmişdir nə macəralər.
Ancaq şah ki, deyir, danışım gərək,Borcumdur şahıma itaət etmək!"
Əvvəldən axıra nə bilirdisə,Söylədi Xosrova o hissə-hissə.
Qızların gözündən gizləndiyindən,Dağda bulaq kimi səsləndiyindən,
Səhərlər çeşməyə necə gedərdi,Ayı Müqənnətək necə göstərdi,
Necə şəkli asıb elədi əfsun,Bir fitnəni etdi şahına məftun.
Onu hindulartək çıxartdı yoldan,Etdi şah qəsrinə birbaşa rəvan.
Elə ki, söz təzə bahara gəldi,Xosrovdan bir nalə göyə yüksəldi.
Şah yalvarıb dedi: "Şirini mənəNecə ram eylədin, danış, de yenə."
Mühəndis söylədi: "Oldum huşiyar,Burda şah bəxtinin köməyi də var.
Kaməngərxanəyə girəndə özümOx qayıran kimi itiydi gözüm.
O gümüş bədənli, daş ürəklini.Aldım ələ, mənə açdı dilini.
Nə gördüm, zəkası xoş surətiyləBir Məsih bağlamış o hər bir telə.
Üzü təzə açmış gül kimi tərdi,Bədəni bir badam, cüt ləpələrdi.
Bir incə bel gördüm; dərdlər məlhəmi,Bir tüklə bağlamış iki aləmi.
Qarışqa gözündə bir XuzistanıXatırladır nazik, kiçik dəhanı.
Dodağı dəyməmiş heç bir mövcuda,Bir aynanı öpmüş, sərxoşkən o da.
Kimsəyə dəyməmiş o əl, o barmaq,Bircə saçlarını oynatmış ancaq.
Beli tükdən nazik bir nazənindir,Ağzı adından da onun şirindir.
Aləmin fitnəsi olsa da, fəqət,Aləm kimi şaha vuruldu afət.
O ayın qəlbini coşdurdum belə,Sonra da Şəbdizi gətirdim ələ.
Qaraquş belində ayı bu sayaqYüz fənd ilə saldım yola, çaparaq.
Xəstəydim, neçə vaxt mən burda qaldım,Odur ki, Şirini tək yola saldım.
Bilirəm, çəkmişdir o çox məşəqqət,Şah qəsrinə indi çatmışdır əlbət."
İxtiyarsız onu şah qucaqladı,Gövhərə qərq etdi, əziz saxladı
Çox təşəkkür etdi, afərin dedi:"Aydın oldu mənə hünərin", dedi.
Çeşmə əhvalatı, o ay, o həsrətŞapurun sözünə verirdi qüvvət.
Şah da gördüyünü danışdı bir-bir,Ay üzlüyə necə oldu bir əsir.
Yəqin etdilər ki, o sevimli quşBurdan düz Mədain şəhrinə uçmuş.
Qət etdilər: Şapur durmasın yenəDüşsün pərvanətək nurun izinə.
Zümrüdü qaytarsın doğma məkana,Reyhanı qaytarsın yenə bostana.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-29
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ayın işığını gecə örtərək,Div kimi azmışdı yolundan fələk.
Xosrov və Şirin, fəsil 113Şirin yuxusundan ayıldı səhərYeni təhlükədən verildi xəbər.
Xosrov və Şirin, fəsil 114İbrət gözüylə bax sən bu əsərə,Özünü uydurma əfsanələrə.
Xosrov və Şirin, fəsil 115Yeddi yaşlı balam, gözümün nuru!Dilimin əzbəri, qəlbim süruru.
Başqa şairlərin şeirləri
İxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
SamavarEy olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,
GülşənimEtsə cövlan min xəzan – qarşımda, solmaz gülşənim,Sevgi dəryasında tufan qopsa, batmaz yelkənim.
Qaçqının sərgüzəştiNazəndə nigarım gecə məndən genə düşdü,Heç sən demə o yazığa məndən gənə düşdü.