Xosrov və Şirin, fəsil 30
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
خوشا مُلکا که مُلک زندگانی استبها روزا که آن روز جوانی است
نه هست از زندگی خوشتر شمارینه از روز جوانی روزگاری
جهانخسرو که سالار جهان بودجوان بود و عجب خوش دلجوان بود
نخوردی بیغنا یک جرعه بادهنه بیمطرب شدی طبعش گشاده
مغنی را که پارنجی ندادیبه هر دستان کم از گنجی ندادی
به عشرت بود روزی باده در دستمهینبانو درآمد شاد و بنشست
ملک تشریف خاص خویش دادشز دیگر وقتها دل بیش دادش
چو آمد وقت خوان دارای عالمز موبد خواست رسم باجِ بَرْسَم
به هر خوردی که خسرو دستگه داشتحدیث باج بَرسَم را نگه داشت
حساب باج بَرسَم آن چنان استکه او بر چاشنیگیری نشان است
اجازت باشد از فرمان موبَدخورشها را که این نیک است و آن بد
به می خوردن نشاند آنگه مهان راهمان فرخنده بانوی جهان را
به جام خاص، مِی میخوَرد با اوسخن از هر دری میکرد با او
چو از جام نبید تلخ شد مستحکایت را به شیرین باز پیوست
ز شیرین قصهٔ آوارگی کردبه دل شادی به لب غمخوارگی کرد
که بانو را برادرزادهای بودچو گل خندان چو سرو آزادهای بود
شنیدم کهادهم توسن کشیدشچو عنقا کرد از اینجا ناپدیدش
مرا از خانه پیکی آمد امروزخبر آورد از آن ماه دلافروز
گر اینجا یک دو هفته باز مانمبر آن عزمم که جایش باز دانم
فرستم قاصدی تا بازش آردبسان مرغ در پروازش آرد
مهینبانو چو کرد این قصه را گوشفروماند از سخن بیصبر و بیهوش
به خدمت بر زمین غلطید چون خاکخروشی بر کشید از دلْ شغبناک
که آن دُر کو که گر بینم به خوابشنه در دامن که در دریای آبش
به نوک چشمش از دریا برآرمبه جان بسپارمش پس جان سپارم
پس آنگه بوسه زد بر مسند شاهکه مسندبوس بادت زهره و ماه
ز ماهی تا به ماه افسر پرستتز مشرق تا به مغرب زیر دستت
من آن گه گفتم او آید فرادستکه اقبال مَلِک در بنده پیوست
چو اقبال تو با ما سر در آرَدچنین بسیار صید از در درآرد
اگر قاصد فرستد سوی او شاهمرا باید ز قاصد کردن آگاه
به حکم آن که گلگون سبکخیزبِدو بخشم ز همزادان شبدیز
که با شبدیز کس همتگ نباشدجز این گلگون اگر بدرگ نباشد
اگر شبدیز با ماه تمام استبه همراهیش گلگون تیزگام است
و گر شبدیز نبود مانده بر جایبه جز گلگون که دارد زیر او پای؟
ملک فرمود تا آن رخش منظوربرند از آخور او سوی شاپور
وز آنجا یکتنه شاپور برخاستدو اسبه راه رفتن را بیآراست
سوی ملک مداین رفت پویانگرامی ماه را یک ماه جویان
به مشگو در نبود آن ماهرخسارمعالقصه به قصر آمد دگر بار
در قصر نگارین زد زمانیکس آمد دادش از خسرو نشانی
درون بردندش از در شادمانهبه خلوتگاه آن شمع زمانه
چو سر در قصر شیرین کرد شاپورعقوبت بارهای دید از جهان دور
نشسته گوهری در بیضهٔ سنگبهشتی پیکری در دوزخ تنگ
رخش چون لعل شد زآن گوهر پاکنمازش برد و رخ مالید بر خاک
ثناها کرد بر روی چو ماهشبپرسید از غم و تیمار راهش
که چون بودی و چون رستی ز بیدادکه از بندت نبود این بنده آزاد
امیدم هست کاین سختی پسین استدلم زین پس به شادی بر یقین است
یقین میدان که گر سختی کشیدیاز آن سختی به آسانی رسیدی
چهجای است این؟ که بس دلگیر جای استکه زد رایت؟ که بس شوریدهرای است
در این ظلمت ولایت چون دهد نور؟بدین دوزخ قناعت چون کند حور؟
مگر یک عذر هست آن نیز هم لنگکه تو لعلی و باشد لعل در سنگ
چو نقش چین در آن نقاش چین دیدکلید کام خود در آستین دید
نهاد از شرمناکی دست بر رخسپاسش برد و بازش داد پاسخ
که گر غمهای دیده بر تو خوانمستمهای کشیده بر تو رانم
نه در گفت آید و نه در شنیدنقلم باید به حرفش در کشیدن
بدان مشگو که فرمودی رسیدمدر او مشتی ملالت دیده دیدم
به هم کرده کنیزی چند جماشغلام وقت خود کاِیخواجه خوش باش
چو زهره بر گشاده دست و بازوبهای خویش دیده در ترازو
چو من بودم عروسی پارساییاز آن مشتی جلب جستم جدایی
دل خود بر جدایی راست کردموز ایشان کوشکی درخواست کردم
دلم از رشک پر خونآب کردندبدین عبرتگهم پرتاب کردند
صبورآباد من گشت این سیهسنگکه از تلخی چو صبر آمد سیه رنگ
چو کردند اختیار این جای دلگیرضرورت ساخت میباید چه تدبیر
پس آنگه گفت شاپورش که برخیزکه فرمان این چنین دادهاست پرویز
وز آن گلخن بر آن گلگون نشاندشبه گلزار مراد شاه راندش
چو زین بر پشت گلگون بست شیرینبه پویه دست برد از ماه و پروین
بدان پرندگی زیرش هماییپری میبست در هر زیر پایی
وز آن سو خسرو اندر کار ماندهدلش در انتظار یار مانده
اگر چه آفت عمر انتظار استچو سر با وصل دارد سهلکار است
چه خوشتر زآن که بعد از انتظاری؟به امیدی رسد امیدواری؟
Həyat aləmidir hər şeydən üstün,Cavanlıq günüdür ən qiymətli gün.
Həyatdan yaxşı şey dünyada nədir?Gənclikdən gözəl şey bir əfsanədir.
Dünya böyüyüydü dünyada Xosrov,Könlü şən, qəlbi şən bir gənc idi o.
Nəğməsiz bir udum badə içməzdi,Çalğısız, rəqssiz günü keçməzdi.
Nə qədər az versə bir oxuyana,Xəzinə verərdi hər bir dastana.
Bir gün Xosrov əldə badə içirkənMəhin Banu gəldi məclisə birdən.
Şah ona xüsusi hörmət göstərdi.Hər zamandan artıq izzət göstərdi.
Yemək vaxtı Xosrov möbidə dedi."Bacubərsəm" rəsmin icra eylədi.
Hər yeməyə Xosrov uzatsaydı əl,"Bacubərsəm"ə o, edirdi əməl.
"Bacubərsəm" rəsmi mütləq gərəkdir,Bu, möbid xörəyi dadmaq deməkdir.
Möbiddən icazə olarsa əgər,Hökmdar xörəyi arxayın yeyər.
Banunun yanında böyük məmurlarOturub içməyə verdilər qərar.
Xosrov Banu ilə mey içə-içəÇox söhbət eylədi burda gizlicə.
Acı meydən sərxoş olduğu zamanSöz saldı Şirindən, o məhliqadan.
Onun qaçmasından danışdı nadinc,Dilində təəssüf, qəlbində sevinc.
Dedi: "Qardaşınız qızı, deyirlər,Bir uca sərvdir, bir nazlı dilbər.
Eşitdim ki, atı yeltək qaçırmış,Ənqa quşu kimi onu qaçırmış.
Bir qasid gəlmişdir bizim ölkədən.Ondan xeyir xəbər eşitmişəm mən.
Burda qalsam əgər bir-iki həftə,Bilərəm gizlənib hansı tərəfdə.
Adam göndərərəm çağırsın geriYuvasından qaçmış o şux dilbəri."
Bu sözü eşitdi Banu, qəflətənHuşu getdi başdan sevindiyindən.
Torpaq kimi düşdü, şaha yalvardı,Qəlbdən gələn həzin naləsi vardı:
"Hardadır? Yuxuma girsəydi o dürr!Görsəm ki, dəryanın içində üzür,
Gözümlə çıxarıb onu dənizdən,Cantək sevib, ona can verərəm mən".
Şah taxtını öpüb təşəkkür etdi:"Ay və Zöhrə öpsün bu taxtı, - dedi.
Yerlər, göylər olsun pərəstişkarın,Şərqi, qərbi tutsun sənin qulların!
Dedim bu yerlərə ayaq bassa şahİqbalın da üzü gülər o sabah.
Birləşib iqbalın bizimlə, əlbət,Bir çox belə ovlar edəcək övdət.
Şah qasid göndərsə Şirinçün əgər,O qasiddən gərək mən tutam xəbər,
Gülgünü verərəm ona gedirkən,Şəbdizlə bir döldür dediyim köhlən.
Büdürək olsa da, Şəbdizə ancaqYerişdə, qaçışda Gülgün çatacaq.
Ayın yanındasa o Şəbdiz bu gün,Yüyürməkdə ona tay gələr Gülgün.
Şəbdiz əgər orda yoxdursa artıq,Ancaq Gülgün olar Şirinə layiq."
Xosrov buyruq verdi: "Gətirilsin at,Verilsin Şapura indi, bu saat."
Şapur atı mindi çox tələsərək,Bir an yubanmadan yola düşdü tək.
Mədain mülkündə salmadan haray,O sevimli ayı axtardı bir ay.
Gördü o ayüzlü sarayda yoxdur,Onun öz qəsrinə yollandı Şapur.
Qəsrin qapısını döydü bir qədər,Açdılar, dedi: "Var Xosrovdan xəbər."
Şapura göstərib layiqli rəftar,Şirinin yanına yola saldılar.
Şapur təzə qəsrə girərkən ancaqQəmli bir yer gördü, dünyadan uzaq.
Bir daş yumurtaya girmişdi gövhər,Cəhənnəmdə idi o mələkpeykər.
Şapur lələ döndü gövhəri görcək,Üz sürtdü torpağa təzim edərək.
Onun ay üzünə təriflər dedi:"Yolu necə gəldin, ay dilbər? - dedi.-
Söylə, necə oldun zülmdən azad?Bu könlüm olmurdu heç qayğıdan şad.
Ümidim var, bu son çətinlik olsun,Bundan sonra qəlbin şadlıqla dolsun.
Bu nə yerdir, qəlbə gətirir xiffət,Kim sənə bu yeri gördü məsləhət?
Bu zülmətdə sönər məhəbbət nuri,Belə cəhənnəmdə qalarmı huri?
Bir üzrü var, o da nöqsandır, nöqsan,Guya daşda olur ləl hər zaman."
O Çin nəqqaşını Şirin görərkənŞirin arzusuna yetişdi birdən.
Utanıb əliylə tutdu üzünü,Təşəkkür eləyib dedi sözünü:
"Yediyim qəmləri sənə söyləsəm,O acı dəmləri sənə söyləsəm...
Yox, yox, nə dil deyər, nə söz anladar...Gəlməsin bir daha geriyə onlar.
Sən necə demişdin: gəldim saraya,Orda beş-üç məlun düşdü araya.
Neçə kəniz vardı orda fitnəkar,Hərə öz kefində, gəl, ləzzət apar!
Açıb Zöhrə kimi əl-qol hər biri,Mizana qoyurdu orda dəyəri.
Təmiz gəlin idim, mən ayrılaraqBir ovuc cələbdən yaşadım uzaq.
Onlardan ayrılıb yaşamaqçün tək,Dedim: mənə bir qəsr tikilsin gərək.
Həsrətdən qəlbimi döndərib qana,Mənə tikdirdilər belə bir bina.
Səbrimin şəhridir bu qara daşlar,Səbrtək bu daşda bir acılıq var.
Bu can sıxan yeri onlar bəyəndi,Neyləyim, qatlaşdım, səbrim tükəndi."
Şirinə söylədi Şapur: "Dur, gedək!Pərvizin əmrinə itaət edək."
Şirini Gülgünə mindirdi nəqqaş,Arzu gülzarına apardı birbaş.
Çatınca Gülgünə Şirinin əliÜlkərdən və aydan düşdü irəli.
Bir dövlət quşuydu deyəsən o at,Sanki uçururdu onu dörd qanad.
Bir yanda qalmışdı Xosrov biqərar,Sıxırdı qəlbini uzun intizar.
Düzdür ki, intizar çəkmək yamandır,Sonu vüsal olsa, yenə asandır.
Nə qədər xoş olur cəfa çəkərək,İntizardan sonra arzuya yetmək!..
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-30
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müğənni, ucalsın o incə səsin,Qızdırsın qoy bizi odlu nəfəsin.
İqbalnamə, fəsil 16Müğənni, çəngini yenə saz elə,Xoş sözçün səsini xoşavaz elə.
İqbalnamə, fəsil 17Müğənni, o könül açan saz iləMənim də könlümü bir aç, saz elə!
İqbalnamə, fəsil 18Müğənni, çal, oxu, dilə gəlsin saz!Bülbüllər bağlarda sakit dayanmaz.
Başqa şairlərin şeirləri
Dad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
Bir el aşığının dedikləri(Qubada bir gün)*Günəş süzgün tellərini yığınca dağlar ardı,