Qoy sənə söyləsin, gözəl, aşiq öz hali-zarını,Danlayasan bəlkə sən öz gözlərinin xumarını.

Sərzəniş eyləmə ona, valeh olarsan anbaan,Görsən əgərçi güzgüdə ay kimi öz üzarını.

Qoyma fərağı tərk edə, hicrinə öyrəşib könül.Qoymamış o, sənə yaxın ahi-şərər nisarını.

Arxalanan zaman sənə sevgilini unutma gəl,Qoyma ki, ayrı ünvana çəksin o, rəxtü-barını.

Yusifi-qəlbi salmısan çahi-zənəxdə zindana,İndi kömək qolun salıb çıxar o dilfikarını.

Nafə kimi qanım donar camalına səpəndə sən,Könüllərə ətir saçan o zülfi-müşkbarını.

Üzrünə dil açan zaman lal olur aşiqin, inan,Lütfünün ixtiyarına verib öz ixtiyarını.

Məqtə — şairin təxəllüsü olan son beyt. Oldu Nizami qul sənə, əmrinə müntəzir durubƏhdə vəfa edib ona göstər öz etibarını.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq