Pərvanə, söndür şəmini, gəldi çiraği-canımız
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Pərvanə, söndür şəmini, gəldi çiraği-canımız,Qan ağla, ey gülzar sən, açdı güli-xəndanımız!
Olmuş gecə meydan sənə, canan, mənəm qurban sənə,Gəldi ey Hindistan sənə, fəğfuri-Türkistanımız.
Bir sərvdir qəddin sənin, cənnətdə yox bərabərin,Sən bir ağa, mən nökərin, biz bəndə, sən sultanımız.
Parlar yanağın şəm tək, pərvanə yandı sübhədək,Biz təşnəyik, su ver içək, ey çeşmeyi-heyvanımız!
Məqtə — şairin təxəllüsü olan son beyt. Lütf eylə bir, ey nazənin, Nizamiyə ol həmnişin,Qət eylədin ollam sənin, bəs hardadır peymanımız?
Kitabxana.az · https://kitabxana.az/works/nizami-pervane-sondur-semini-geldi-ciragi-canimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vücudundan çox əvvəl yarananlar, doğrusu,İçməmişkən bir damla səxa dənizindən su,
Sirlər xəzinəsi, fəsil 35Keçmişlərdə Yəməndə bir meyvəsatan vardı,Bir tülkücüyəz onun malını qoruyardı.
Sirlər xəzinəsi, fəsil 36Ey vüsal gecəsinin ən möhtəşəm heykəli,Ey səhər bayrağından daha yüngül, kölgəli!
Sirlər xəzinəsi, fəsil 37Tutularaq bəlaya bir zahid darda qaldı,Meyxanələr küncündə özünə məskən saldı.
Başqa şairlərin şeirləri
دین داری و شرع پروری مایه تست
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?