Sərxoşluq edən dövlət, huşyar olacaq bir gün,İllərcə yatan bəxtim, bidar olacaq bir gün.

Qalmaz bu qapı bağlı, var hər gecənin sübhi,Dilbər belə heç qalmaz, dildar olacaq bir gün.

Əğyarımı cananım oxşarsa bu gün, əlbət,Bu sevgili gözlərdə o xar olacaq bir gün.

Məqtə — şairin təxəllüsü olan son beyt. Mən kaffəri-eşq oldum, bildim ki, bu dastandan,Boynumda onun zülfü zünnar olacaq bir gün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq