Arpa qədər də tabım yox, a buğdayı üzlü nigar!
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Arpa qədər də tabım yox, a buğdayı üzlü nigar!Saman kimi saraltmışdır surətimi qanlı yaşlar.
O buğdayı cəmalına zinət verən sünbüllərinƏn kiçiyi Sünbülədir - çiynindəki qızıl saçlar.
Qoşa zülfün mizanından arpa boyda müşk istərəm,Könlün bir cüt tel yerinə bəlkə qızıl bir beyt umar.
Buğda dərdi çəkən kəndçi mənim qədər çəkibmi dərd?Məqam çatmış, versin mənə gül ətrini gül dodaqlar.
Bircə xalın müşk içində gizli buğda danəsidi,Dənmi umub düşüb tora mənim kimi yüz-yüz şikar?!
Tək buğdanı gözüm yedi, özüm heç nə dadmadım, ah,Qapındakı cənnətindən mən kənaram, xeyli kənar.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gecə-gündüz fırqətindən tən bölündüm buğda kimi,Nizaminin dərdi sənə arpaca da etmədi kar.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-arpa-qeder-de-tabim-yox-a-bugdayi-uzlu-nigar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nizami, bu qapı açar götürməz,İlk nəqş bağlananda görməyib heç kəs.
İqbalnamə, fəsil 29Müğənni, çal rudu, çal səhər erkən,Mərdlik nəğməsini gətir yada sən!
İqbalnamə, fəsil 30Allahın mədhini edib ifadə,Ərəstu yazmışdı rəhbərnamədə:
İqbalnamə, fəsil 31Oyanıb qalxanda günəş yuxudanMüşkə kufur səpdi sanki asiman.
Başqa şairlərin şeirləri · Eşq
Adam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Ahu baxışlı bir qızFüsuli-ərbəədə mən fəda olum yayə,Mənim güzarımı saldı Qara Kəlisayə.