İqbalnamə, fəsil 29
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
مغنی سحرگاه بر بانگ رودبه یادآور آن پهلوانی سرود
Müğənni, çal rudu, çal səhər erkən,Mərdlik nəğməsini gətir yada sən!
نشاط غنا در من آور پدیدفراغت دهم زانچه نتوان شنید
Oyandır məndə də nəğmə həvəsi,Duymayım bihudə, biməna səsi.
همان فیلسوف مهندس نهادز تاریخ روم این چنین کرد یاد
Yenə bir filosof dərinə getdi.Rumun tarixindən belə nəql etdi:
که چون پیشوای بلند اخترانسکندر جهاندار صاحب قران
O dünya padşahı - böyük İskəndər,Uca ulduzlara o uca rəhbər
ز تعلیم دانش به جایی رسیدکه دادش خرد بر گشایش کلید
Elmdə o qədər oldu ki, pərgarƏqli hər müşkülə saldı bir açar.
بسی رخنه را بستن آغاز کردبسی بستهها را گره باز کرد
Bir çox viranənin örtdü üstünü,Açdı neçə-neçə bağlı düyünü.
به دانستن علمهای نهانتمامی جز او را نبود از جهان
Sirli elmləri İskəndər qədərYoxdu bu dünyada bilən bir nəfər.
چو برزد همه علمها را رقومچه با اهل یونان چه با اهل روم
O, Rumun, Yunanın alimlərindənHər elmi öyrəndi möhkəm, dərindən.
گذشت از رصد بندی اختراننبود آنچه مقصود بودش در آن
Daha ulduzları göydə güdmədi,Tamam başqalaşdı onun məqsədi.
سریرش که تاج از تباهی رهاندعمامه به تاج الهی رساند
Başından lovğalıq tacını atdı,Öz başı allahın tacına çatdı.
نزد دیگر از آفرینش نفسجهان آفرین را طلب کرد و بس
Bir də yaranışı araşdırmadan,Axtardı, bilsin ki, kimdir yaradan.
در آن کشف کوشید کز روی رازبراندازد این هفت کحلی طراز
İstədi çalışıb sirləri örtənYeddi qat sürməni silsin tamamən.
چنان بیند آن دیدنی را که هستبه دست آرد آنرا که ناید به دست
Onu olduğutək görmək istədi,Əlçatmaz arzuya irmək istədi.
در این وعده میکرد شبها بهروزشبی طالعش گشت گیتی فروز
Gecəli-gündüzlü bir xeyli müddətDüşündü, parladı bəxti nəhayət.
سروش آمد از حضرت ایزدیخبر دادش از خود در آن بیخودی
Bir mələk göndərib bir gecə allahEtdi o bihuşu özündən agah.
سروش درفشان چو تابنده هورز وسواس دیو فریبنده دور
Ətrafa nur saçan parlaq günəştəkYalan vəsvəsədən uzaq bir mələk
نهفته بدان گوهر تابناکرسانید وحی از خداوند پاک
Parlaq gövhər saçdı şah hüzuruna,Allahın vəhyini yetirdi ona:
چنین گفت کافزونتر از کوه و رودجهان آفرینت رساند درود
"Bu saysız dağlarcan, coşğun çaylarcanAlqışlar göndərdi sənə yaradan!
برون زانکه داد او جهانبانیاتبه پیغمبری داشت ارزانیات
O səni dünyada şahlıqla birgəLəyaqətli bildi peyğəmbərliyə.
به فرمانبری چون تویی شهریارچنین است فرمان پروردگار
Sən allah əmriylə şah olduğundan,İndi də belədir allahdan fərman:
که برداری آرام از آرامگاهدر این داوری سر نپیچی ز راه
Haqqın dərgahına baş əyim, deyə,Söylə ki, son qoydum asudəliyə.
برآیی به گرد جهان چون سپهردرآری سر وحشیان را به مهر
Fələktək dünyanın başına hərlən.Azğını, vəhşini əhliləşdir sən.
کنی خلق را دعوت از راه بدبه دارندهٔ دولت و دین خود
Xalqı pis yollardan et haqqa dəvət,Onlar da allaha etsin itaət.
بنا نو کنی این کهن طاق راز غفلت فروشویی آفاق را
Təzələ kökündən köhnə binanı,Təmizlə qəflətdən bütün dünyanı.
رهایی جهان را ز بیداد دیوگرایش نمایی به کیهان خدیو
Cahanı divlərin zülmündən qurtar,Dünyalar şahına ol itaətkar!
سر خفتگان را براری ز خوابز روی خرد برگشایی نقاب
Bütün yatmışları yuxudan oyat,Əqlin üzündəki o niqabı at!
تویی گنج رحمت ز یزدان پاکفرستاده بر بینصیبان خاک
Allah tərəfindən yoxsullara sənVerilmiş mərhəmət xəzinəsisən.
تکاپوی کن گرد پرگار دهرکه تا خاکیان از تو یابند بهر
Dünya pərgarını gəz diyar-diyar,Səndən xeyir görsün bütün insanlar.
چو بر ملک این عالمت دست هستبه ار ملک آن عالم آری به دست
Bu dünya mülkünə özünsən ağa,Çalış o dünyanı ələ almağa.
در این داوری کاوری راه پیشرضای خدا بین نه آزرم خویش
Bu yolda zəhməti qəbul edərək,Allah rizası güd, xeyrindən əl çək!
به بخشایش جانور کن بسیچبه ناجانور بر مبخشای هیچ
Nə hörmətin varsa canlıya göstər,Cansızçın vaxtını eyləmə hədər,
گر از جانور نیز یابی گزندزمانش مده یا بکش یا ببند
Canlıdan dəyərsə sənə bir ziyan,Zəncirlə, məhv elə, heç vermə aman!"
سکندر بدان روی بسته سروشچنین گفت کای هاتف تیزهوش
İskəndər mələyə xitab eylədi:"Ey müdrik ilhamçı, ey mələk, - dedi, -
چو فرمان چنین آمد از کردگارکه بیرون زنم نوبتی زین حصار
Dinləyib o böyük pərvərdigarı,Gərək tərk eləyəm mən bu diyarı.
ز مشرق به مغرب شبیخون کنمخمار از سر خلق بیرون کنم
Məşriqdən məğribə hücum çəkərəkXalqları yuxudan oyadam gərək!
به هرمرز اگر خود شوم مرزبانچه گویم ؟ چو کس را ندانم زبان
Ellərin dilini əsla bilmədən,Onlarla nə cürə danışım bəs mən?
چه دانم ؟ که ایشان چه گویند نیزوز اینم بتر هست بسیار چیز
Nə sayaq bilim ki, nə deyir onlar?Qarşımda hələ çox maniələr var...
یکی آنکه در لشگرم وقت پاسز دژخیم ترسم که آید هراس
Birisi budur ki, bu çətin səfərOrduda vahimə törədə bilər.
دگر آنکه بر قصد چندین گروهسپه چون کشم در بیابان و کوه ؟
Bir də ki, qoşunla səfər edərkənDağları, çölləri necə keçim mən?
گروهی فراوانتر از خاک و آبچگونه کنم هر یکی را عذاب ؟
Bu qədər zillətə edərlərmi tab?Nə cürə onlara mən verim əzab?
گر آن کورچشمان به من نگروندز کری سخنهای من نشنوند
O korlar ardımca gəlməsə əgər,Kar olub sözümü eşitməsələr,
در آن جای بیگانه از خشک و ترچه درمان کنم خاصه با کور و کر ؟
Mən yad ölkələrdə o kar-korlaraNə əlac eləyim, varmı bir çara?
وگر دعوی آرم به پیغمبریچه حجت کند خلق را رهبری ؟
Əgər peyğəmbərlik fikrinə düşsəm,Xalqı cəlb etməkçin hanı möcüzəm?
چه معجز بوَد در سخن یاورم ؟که دارند بینندگان باورم
Hanı bir möcüzə, eləsin kömək,Mənə inansınlar onu görərək?
در آموز اول به من رسم و راهپس آنگه ز من راه رفتن بخواه
Əvvəl yeriməyi öyrədib mənə,Sonra da getməyi tələb etsənə.
بر آمودگانی چو دریا به درسر و مغزی از خویشتن گشته پر
Elmi dərya kimi çox insanların,Zəkayla, biliklə tox insanların
چگونه توان داد پا لغزشانکه آن کبر کم گردد از مغزشان
Sarsıtmaq mümkünmü heç vüqarını?yox etmək olarmı iqtidarını?"
سروش سرایندهٔ کار سازجواب سکندر چنین داد باز
O vəhyi gətirən xeyirxah mələkDedi, İskəndərə xitab edərək:
که حکم تو بر چار حد جهانروند است بر آشکار و نهان
"Rəvandır hər əmrin, hökmün cahana,Həm gizli, həm aşkar, bil ki, hər yana.
به مغرب گروهی است صحرا خراممناسک رها کرده ناسک به نام
Qərbdə bir tayfa var, özü köçəri,Nasikdir adları, yoxdur dinləri.
به مشرق گروهی فرشته سرشتکه جز منسکش نام نتوان نوشت
Şərqdə bir tayfa var, xislətdə mələk,Onlara layiqdir Mənsək ad vermək.
گروهی چو دریا جنوبی گرایکه بودست هابیلشان رهنمای
Dəryatək cənubda bir tayfa yaşar,Habildən törəyib qalmışdır onlar.
گروهی شمالیست اقلیمشانکه قابیل خوانی ز تعظیمشان
Şimalda bir tayfa salmışdır məskən,Mütilik onlara qalmış Qabildən.
چو تو بارگی سوی راه آوریگذر بر سپید و سیاه آوری
Başlayan zamanda uzaq səfərin,Düşəcək qaraya, ağa güzərin.
ز ناسک به منسک در آری سپاهز هابیل یابی به قابیل راه
Nasikdən Mənsəkə çək qoşunları,Keç sonra Habildən Qabilə sarı.
همه پیش حکمت مسخر شوندوگر سرکشند از تو در سر شوند
Hamısı hökmünə, yəqin, baş əyər,Başından keçərlər baş əyməyənlər.
ندارد کس از سرکشان پای تونگیرد کسی در جهان جای تو
Hər başçı ayağın heç ola bilməz,Səni əvəz etməz dünyada heç kəs!
تو آن شب چراغی به نیک اختریشبافروز چون ماه و چون مشتری
Aytək, Müştəritək gecə nur saçanParlaq bəxtinlə sən bir şəbçıraqsan.
که هر جا که تابی به اوج بلندگشایی ز گنجینهها قفل و بند
Ucadan düşəndə işığın səninAçılar qapısı hər xəzinənin.
چنان کن که چون سر به راه آوریبه دارندهٔ خود پناه آوری
Yola çıxanda ol hər şeydən agah,Səni hifz edənə apar sən pənah.
به هر جا که موکب درآری به راهکنی داور داوران را پناه
Hansı bir niyyətlə minsən atına,Köməklər köməyi çatsın dadına!
نیارد جهان آفتی بر سرتگزندی نه بر تو نه بر لشگرت
Dünyada özünə, orduna əslaNə bir zərər dəysin, nə də bir bəla.
وگر زانکه در رهگذرهای نوکسی بایدت پس رو و پیش رو
Nabələd yollarda öndən, arxadanKeşikçin olmalı sənin hər zaman.
به هر جا گرایش کند جان توبود نور و ظلمت به فرمان تو
Səni hara çəksə işıqlı niyyət,Əmrində duracaq nur ilə zülmət.
بود نورت از پیش و ظلمت ز پستو بینی نبیند تو را هیچکس
Qaranlıq arxanda, nur önündə - sənÖzün görünməzsən, ancaq görərsən.
کسی کاو نباشد ز عهد تو دوراز آن روشنایی بدو بخش نور
Kim sənə xoşluqla itaət etsə,İşıq bəxş edərsən sən də o şəxsə.
کسی کاورد با تو در سر خماربر او ظلمت خویش را برگمار
Hər kim lovğalıqla çıxsa qarşına,Sən də qaranlıqdan bir pay ver ona.
بدان تا چو سایه در آن تیرگیفرو میرد از خواری و خیرگی
Qoy bir kölgə kimi zülmətdə qalsın!Qorxuda, dəhşətdə, zillətdə qalsın!
دگر چون عنان سوی راه آوریبه کشور گشودن سپاه آوری
Bir də ki, atını cilovlayaraqNə zaman istəsən bir ölkə almaq,
به هر طایفه کاوری روی خویشلغتهای بیگانت آرند پیش
Qarşına yad tayfa çıxarsa əgər,Səninlə yad dildə söhbət etsələr,
به الهام یاری ده رهنمونلغتهای هر قومی آری برون
Qadir köməkçinin ilhamıyla sənHər qövmün dilində cavab verərsən.
زبان دان شوی در همه کشورینپوشد سخن بر تو از هر دری
Dilbilən olarsan hər bir ölkədə,Sənə gizlin qalmaz tək bir kəlmə də.
تو نیز آنچه گویی به رومی زبانبداند نیوشنده بی ترجمان
Sən də Rum dilində hər nə danışsan,Anlar tərcümansız orda hər insan.
به برهان این معجز ایزدیتو نیکی و یابد مخالف بدی
Allah bu möcüzü bəxş etmiş sənə,Qalibsən bununla sən hər düşmənə!"
چو شه دید کان گفت بیغاره نیستز فرمانبری بنده را چاره نیست
Şah gördü bu sözdə böyük bir məna,Söylədi: "Baş əyər bəndə fərmana!"
پذیرفت از آرندهٔ آن پیامکه هست او خداوند و ما بنده نام
Qasiddən peyğamı qəbul eylədi:"Allaha biz müti bəndəyik" dedi.
وز آنروز غافل نبود از بسیچجز آن شغل در دل نیاورد هیچ
O gündən hazırlıq gördü səfərə,Əsla baş qoşmadı başqa işlərə.
ز شغل دگر دست کوتاه کردبه عزم سفر توشه راه کرد
Kənar məşğələdən uzaq olaraq,Səfərə tədarük görürdü ancaq.
برون زانکه پیغام فرخ سروشخبرهای نصرت رساندش به گوش
Mələk gətirmişdi ona xoş xəbər,Əlavə olaraq, yenə İskəndər
ز هر دانشی چارهای جست بازکه فرخ بود مردم چاره ساز
Tədbirlər öyrəndi hər bir alimdən,Çatar məqsədinə çox tədbir bilən!
سگالشگریهای خاطر پسندکه از رهروان باز دارد گزند
Səfərdə həmişə faydalı olanMənalı kəlamlar yığdı durmadan.
بجز سفر اعظم که در بخردینشانی بد از مایهٔ ایزدی
Allah tərəfindən gəlmiş mükəmməlO "Sifri-əzəm"dən başqa üç gözəl
سه فرهنگ نامه ز فرخ دبیربه مشک سیه نقش زد بر حریر
Nəsihətnamə də keçirdi ələ,Yazdırdı ipəyə qara müşk ilə.
ارسطو نخستین ورق در نوشتخبر دادش از گوهر خوب و زشت
Ərəstu oldu ilk naməni yazan,O xəbər verirdi yaxşı-yamandan.
فلاطون دگر نامه را نقش بستز هر دانشی کامد او را به دست
İkinci naməni bildiklərindənƏflatun yazmışdı duyub dərindən.
سوم درج را کرد سقراط بندز هر جوهری کان بود دلپسند
Üçüncü xəzinə Sokratdan idi,Qiymətli gövhərlə doluydu içi.
چو گشت این سه فهرست پرداختهسخنهای با یکدگر ساخته
Sözlər bir-birinə rəbt edilərək,Üç nəsihətnamə tamama yetcək,
شه آن نامهها را همه مهر کردبپیچید و بنهاد در یک نورد
Padşah möhürlədi bunları o dəm,Səhmanla bağlayıb saxladı möhkəm.
چو هنگام حاجت رسیدی فرازبه آن درجها دست کردی دراز
Tədbirə ehtiyac duyduğu zamanAçıb oxuyardı bir-bir onlardan.
ز گنجینهٔ هر ورق پارهایطلب کردی آن شغل را چارهای
O gövhərlə dolu xəzinələrdəDərman axtarardı düşdüyü dərdə.
چو عاجز شدی رایش از داوریز فیض خدا خواستی یاوری
Görsəydi çətindir bir qərar vermək,Allahın feyzindən istərdi kömək.
نشست اولین روز بر تخت عاجبه تارک برآورده پیروزه تاج
O bir gün çıxaraq öz ac-təxtinə,Firuzə rəngli tac qoyaraq yenə, -
چنان داد فرمان به فرخ وزیرکه پیش آورد کلک فرمان پذیر
Aqil vəzirinə buyurdu belə:Müti qələmini alaraq ələ,
نویسد یکی نامهٔ سودمندبتابید فرهنگ و رای بلند
Elm ilə zəkaya edib riayət,Yazsın bir faydalı, gözəl nəsihət.
مسلسل به اندرزهای بزرگکزو سازگاری کند میش و گرگ
Elə nəsihət ki, dinləsə onu,Dost bilsin özünə qurd da qoyunu,
برون شد وزیر از بر شهریارز شه گفته را گشت پذرفتگار
Fərmanı dinləyib vəzir hörmətlə,Təzim edib şaha çıxdı rüxsətlə,
خرد را به تدبیر شد رهنمونبدان تا ز کان گوهر آرد برون
Mədəndən gövhərlər çıxarmaq üçünFikrini başına yığaraq bütün,
سر کلک را چون زبان تیز کردبه کاغذ بر از نی شکرریز کرد
Diltək itiləyib qələmi, yenəQamışdan qənd səpdi kağız üstünə.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-iqbalname-29
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecənin saçları ətir saçanda,İşıq qaranlığı görüb qaçanda,
Xosrov və Şirin, fəsil 18Şapur adlı ona yaxın bir adamMəğribdən Lahura gəzmişdi tamam.
Xosrov və Şirin, fəsil 19O söz bilən Şapur yeri öpərək,Dedi: "Xosrov daim şad olsun gərək.
Xosrov və Şirin, fəsil 20Elə ki, gecənin saçı darandı,Günəş pərvanətək göylərdə yandı.
Başqa şairlərin şeirləri
Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
Kim Əsədvən bən ki şîrü-nər bənimKim Əsədvən bən ki şîrü-nər bənimKim Ərəbdə yalıñuz bir ər bənim