Sən ey yüz min cana dinclik verən can,Ey bütün aləmin qibləsi olan!

Gəlirsən... baharsan, yoxsa laləzar,Qoynunda bənövşə, süsən, ərğəvan.

Qarşında göyləri diz çökdürmüsən,Ey sərvlər təkin bayraq qaldıran!

Açdın nəfəsinlə min-min qönçəni,Ey neyşəkər kimi kəmər bağlayan!

Neçə ki, macal var, şadlan, qanadlan,Ələ düşəcəkmi bir də bu dövran?!

Necə sürətlidir ömür köhləni,Barı cilov çəkib üçcə gün dayan.

Çox görmə qapını Nizamiyə sən,Ey dodaq möhürü Yusifin olan!

Məqtə — şairin təxəllüsü olan son beyt. Sənsən eşq tacı, gözəllər şahı,Necə ki, aləmin şahıdır Arslan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar