Öz yaman halımı açdım sənə, diqqət verəsən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Öz yaman halımı açdım sənə, diqqət verəsən,O qara gözlərinə azca nəsihət verəsən.
Bəlkə məndən də betər sən vurularsan özünə,Baxmağın şölə sala, aynaya zinət verəsən.
Tutar ahım deyibən qorxudan ah çəkməmişəm,Bəs rəvamı mənə sən bunca məşəqqət verəsən?!
Ey dağım, ey dayağım, qıyma yada arxalanım,Umuram könlümə qüdrət və mətanət verəsən.
Sən zənəxdan quyusundan çıxar öz Yusifini.Bir vəfa dolçası göndər ki, şəfaət verəsən.
Al qanım nafə kimi tez quruyan müşkə dönər,Hopdurub saçlarına, qanıma cürət verəsən.
Necə üzr istəyim, ey gül ki, dilim lal olmuş,Qorxuram əfv edəsən, bir də xəcalət verəsən.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qul Nizamindi coşan, yoxsa dərin dəryadır,Sarbanam, bəlkə vəfadan mənə xələt verəsən.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-oz-yaman-halimi-acdim-sene-diqqet-veresen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İstirahət çağında seyrə çıxdığı zaman,Rast gəldi saf ürəkli bir adama Süleyman,
Sirlər xəzinəsi, fəsil 26Ey mərdliyi əlindən tez yerə salan adam,Biganəlik üzündən yolunu azan adam.
Sirlər xəzinəsi, fəsil 27Zülm edib bir qarıya çox uddurmuşdular qan,O da Sultan Səncərin tutaraq yaxasından,
Sirlər xəzinəsi, fəsil 28Həyatın xoş günləri çatdı vida çağına,Torpaq yelin, su odun atıldı qucağına.
Başqa şairlərin şeirləri · Eşq
Bu dünyaya gəldi neçə alişan,Gəl sənə söyləyim nişanbanişan.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Başına dolandığımYaxşı olar qohum, qardaş,El, başına dolandığım.