Cavanlıq varikən əldə, gərək qədrin bilə insan,Əmin olma gələr bir də bu mülkü tərk edən karvan.

Bükülmüş qəddinə bir bax qocalmış şəxsin, həsrətlə,Cavanlıq günlərin, daim gəzər torpaqda sərgərdan.

Nə dövlət varsa dünyadə sənə ancaq ömürdür, bil,Onun mənasını dərk et, çalış boş keçməsin bir an!

Geri dönməz keçən bir gün, ayıq ol daima sən də,Rəva olmaz ki, məstlər tək keçə qəflətdə bu dövran.

Neçün sən hərzə işlərdə verirsən ömrünü badə,Xeyirli işlərə sərf et, həyatı eylə cavidan!

Pul ilə almadın canı, biləsən qiymətin, qədrinKi, oğru da qədir bilməz oğurlarsa malı asan.

Əgər sən şadiman olsan qəmə heç bir zərər gəlməz,Və ya qəmdən ölüb getsən, toxunmaz şadlığa nöqsan.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nizami, səndə ruh varsa danış eşqü-məhəbbətdən,Gözəl bir musiqi dinlə, şərab versin sənə canan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq