Sən hələ, bax, nocavansan, mən dəyişdim çox yaman
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Sən hələ, bax, nocavansan, mən dəyişdim çox yaman,Sən gözəlləşdin, mənimsə gəncliyimdən yox nişan.
Sən kimi bir nobaharla sanma təğyir eyləməz,Bağü bağçam, hər nə var soldurdu bir badi-xəzan.
Sən Xəlilsən, mən odam, qarşında neçin sönməyim?Mən ölüm, sən arzun tək ömr elə hər bir zaman.
Sən şikəst sandın məni, düzdür, şikəstəm, bəndəyəm,Sən bilən qəlbdir bu qəlb, sən gördüyün candır bu can.
Sən bizi fərmanla yox, insafla dindir, sevgilim,Lütfünə, insafına yalnız özünsən hökmran.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qulluğunda qul kimi durmuş Nizami, rəhm elə,Hər iki dünyadə könlüm səndən olsun kamiran.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-sen-hele-bax-nocavansan-men-deyisdim-cox-yaman
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Onda ki, Bəhramın üzü nur saldı,Yəmən dərisindən xamlığı aldı,
Yeddi gözəl, fəsil 12Şah bir gün bağçanın gözəl yerindəSürdü gəmisini mey üzərində.
Yeddi gözəl, fəsil 13Səfərdən qayıdıb bir yol bizim şah,Xəvərnəq içində nəşəli, gümrah
Yeddi gözəl, fəsil 14Bir gün Yəzdigirdi eyləyib agah,Dedilər ki: "Oğlun igid Bəhram şah