O müşk tellərin sənin məzhəbi-dilbəri tutub
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
O müşk tellərin sənin məzhəbi-dilbəri tutub,O zülmkar qəmzələrin rəsmi-sitəmkəri tutub.
Gül üzünü görən bəşər bağladı bel qul olmağaCanını azad eyləmiş, rütbeyi-çakəri tutub.
Bədnəzərin xətasına düşməyəsən deyə, səhərBir dua eylədim sənə, əldə o dəftəri tutub.
Layiqin olmasam da mən, yaş-quruma döz, ey gülüm!Göz yaşım axdı sel kimi, bax ki, o hər yeri tutub.
Səninlə ilk dovda canı ucuz tutub, uduzmuşam,Eyləmə eşqə hiylə sən, rütbeyi-davəri tutub.
Məqtə — şairin təxəllüsü olan son beyt. Məsiha möcüzü kimi möcüzə göstərir ləbin,Səni Nizami Gəncəvi eşqdə rəhbəri tutub.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-o-musk-tellerin-senin-mezhebi-dilberi-tutub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəlbim qoya, eyləsəm şikayət səndən,Gör ki, nə deyər könül nəhayət səndən.
Sən qəlbimi söylədim pərişan etməSən qəlbimi söylədim pərişan etmə,Bir busə yetir, qəlbimi al-qan etmə.
Olmuş yanağın müşk, saçın qan, ey mahOlmuş yanağın müşk, saçın qan, ey mah,Bir söz demərəm, dəlilsiz olsam hərgah.
İşrətdə idim dünən şirin bir dilləİşrətdə idim dünən şirin bir dillə,Toz qonmamış üstünə təzə bir güllə.
Başqa şairlərin şeirləri · Eşq
Qərib yerdə yad illərdə sevdiyim,Didəm qan yaş tökər, dilim dad eylər,
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,