Gül camalın gülə dedi: - Dur, pərdə sal üzündən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Gül camalın gülə dedi: - Dur, pərdə sal üzündən,Güllər zünnar bağlamışdır yanağından, üzündən.
Görürəm ki, qan örtmüşdür niqabını qönçənin,Xəcalətdən bürünüb ki, görməyəsən bəlkə sən.
Qulac-qulac saçlarının açılanda mətai,Bənövşələr köçmək üçün yük bağladı bilirsən.
O ərğəvan camalının bir işarə etməsiYasəməni lal eylədi, susən qaldı sözündən.
Əgər dava edirsənsə gülə söylə hökmünüÇünki nərgiz xumar olmuş, yuxu yağır gözündən.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nizamilə çox əlləşdi bülbül, etsin rəqabət,Bu qəzəli eşidərkən susdu, getdi özündən.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-gul-camalin-gule-dedi-dur-perde-sal-uzunden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şahlar qaydasınca bir gözəl sabahBir işrət məclisi qurdu şahənşah.
Xosrov və Şirin, fəsil 66Xosrov bilirdi ki, həmişə ŞapurŞirinin dərdini yaxşı ovudur.
Xosrov və Şirin, fəsil 67Qızıl bayrağını açanda aləm,Dağılmış qoşuntək qaçıb getdi qəm.
Xosrov və Şirin, fəsil 68O ay sifətlini Xosrov görərkənEtdi öz qəlbini o sərvə çəmən.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Neçin ah eylədin, ey bülbüli-nalani-vətən,Yaduva düşdü məgər hali-pərişani-vətən?
BakıEvləri pillə-pillə qalxır…Küçələri dənizə axır…
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.