Bakı
Evləri pillə-pillə qalxır…Küçələri dənizə axır…Gecəsi kəhkəşanın bir parçası,İstər Günəş nur saçsın,istər saçmasın,öz oduna sığınır.Torpağın yandığı olub,bunun suyu da yanır.Qızları ürəkləri ram edib,oğlanları Xəzəri.Qərib deyil qürubu,Dənizlə Günəşin vüsalıdır səhəri.
A mənim ümidlərimin, arzularımın şəhəri,A mənim Xəzərim!Oturmuşam, xatirələrimi varaqlayıram,Şəhərlər içində sənə tay gəzirəm!
Bakı, 1965
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-baki
← → düymələri ilə keçid, R — təsadüfi şeir