Qönçə kimi min dərdə könül doldu cəfandan
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Qönçə kimi min dərdə könül doldu cəfandan,Ömr ötdü, xəbər yox niyə bəs əhdü vəfandan?
Sən dərdi, qəmi hey mənə vermək diləyirsən,Mənsə, ürəyi bəxş edirəm eşqinə, canan.
Xəstə gözümün çarəsini sordum ürəkdən,Göstərdi ayaq tozlarını dərdimə dərman.
Yüz köynəyi yırtdım ki, çatam vəslinə, dilbər,Bəlkə mənə köynək olasan, ey mahitaban!
Məqtə — şairin təxəllüsü olan son beyt. Sidq ilə sənə həmdü səna etdi Nizami,Bəs, sən yenə də qətlinə fərman yazacaqsan?
Kitabxana.az · https://kitabxana.az/works/nizami-qonce-kimi-min-derde-konul-doldu-cefandan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xosrov dedi: "Söylə, bu canlar ki, var,Öz yuvalarından necə uçarlar?"
Xosrov və Şirin, fəsil 104Biri dedi: "Bu iş deyil müxtəsər,Yuxuda girdaba düşənə bənzər.
Xosrov və Şirin, fəsil 105İkinci möbidə gələndə növbət,Dedi: o aləmi bir qəsrə bənzət,
Xosrov və Şirin, fəsil 106Üçüncü söylədi: fərz et bir çobanBaxdığı sürüyə qurd vura ziyan.