Kimdir deyil, deyirsən, indi cahanda bədbəxt?
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Kimdir deyil, deyirsən, indi cahanda bədbəxt?Bir yermi var ki, orda yaymaz fələk əsarət?
Ziynət verib, de, harda bir taleyə gəlin tək,Bu ayinəyə bənzər, doqquz üzüklü xilqət?
Aləm bu isə, gördük, yoxdur onun üzündəBir zərrəcə sədaqət, bir zərrə nur, şəfqət.
Dərdi, qəmi nə varsa fərz eylə olmayıbdır,Öylə düşün ki, yoxdur aləmdə böylə möhnət.
Bəslər fələk göbəkdə müşk ilə ənbər, ancaq,Ta sıxmayınca olmaz onda elə lətafət.
Müşk ilə doldurarsa dövranı bu zəmanə,Var müşkünün üzündə mütləq qandan işarət.
Məqtə — şairin təxəllüsü olan son beyt. Tərk eylə bu cahanı, bəsdir daha, Nizami,Bu əqrəbdən bu tasda sən gözləmə səadət.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-kimdir-deyil-deyirsen-indi-cahanda-bedbext
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəhramın hünəri saçınca şəfəqDöndü bir bəzəkli bağa Xəvərnəq.
Yeddi gözəl, fəsil 11Onda ki, Bəhramın üzü nur saldı,Yəmən dərisindən xamlığı aldı,
Yeddi gözəl, fəsil 12Şah bir gün bağçanın gözəl yerindəSürdü gəmisini mey üzərində.
Yeddi gözəl, fəsil 13Səfərdən qayıdıb bir yol bizim şah,Xəvərnəq içində nəşəli, gümrah
Başqa şairlərin şeirləri · Fələk və tale
Kapitan İqranoviç haqqında*Şahi-şahan imperator, xosrovi-keyvan sərir,
GörmədimVahəsrəta çərxi-fələk əlindənÇünki dost mehribanı görmədim
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Taleyin acığınaTale ki, var o sənsən,Çatdır işini sona.