Tale ki, var o sənsən,Çatdır işini sona.Əgər gücün çatmırsaYalnız özünü qına.

Tale qulaq yastığı –Baş qoyub uyma ona.Par-par yanan xəncər ol,Çəkilmə heç vaxt qına.

Tükcə büdrəsən əgər,Çəkər səni kamına.Bir namərd dostdur tale,Dara düşəndə sına.

Tale sənə yar olsa,Salsa öz cızığına.Dönəcəksən dünyanınTaleli yazığına.

¹ İngilis təbiət alimi Piter Skott tərəfindən təklif edilib. Nadir bitki və heyvan adları bu kitaba yazılır.

Bəsdir, heyifin gəlsin,Ömrünün bu çağına.Sən taleyi yarıb keç,Taleyin acığına.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale