(Rəvayət)

Atlılar yorğun idi,Atlılar susuz idi.Kimsə dedi:«Bu çöllər güllü-çiçəkli,Bu torpaqlar gələcəkli…Gəlin burda dayanaq!»Bu sözləri deyən qoca –Qocaman ər.Onun təşnə niyyətiniSıra boyu ötürdülər,Atillaya çatdı xəbər.Atillanın harayındanGöy titrədi,Yer titrədi,Üfüqlərin qulaqları cingildədi.Dedi: – Qoca, sözün doğru!Varmı görən bəyəndiyin bu yerlərdəBir göz bulaq,Bir damcı su?Bilirəm ki, yorulmusuz,Səfər uzun, atlar susuz…And içirəm,Qarşımıza çıxan ilkin çayıBir cam su tək sizə içirəm.Əgər bir göz qırpımındaYenə dolsa o çayın məcrası,qoy sahili –son düşərgə olsun,son dayanacaq,son çay!

O ilkin çay Dunay oldu,Dunay qəribə çay oldu.Dunayın sərin sularıDunayın şirin sularıAtlıları sehirlədi.Atillanın qəzəbini soyutdu,Yorğunluğunu çay aşağı axıtdı.Susuzluğu yudu,O ilkin çay Dunay oldu,Dunay həsrət yuyan oldu.Çay olanda nə olar ki,Ürəklərin nisgilini duyan oldu.Dunay gəzəri bir eləVətən oldu,Dünya oldu.Dunay yorğun atlılarıƏylənməyə vadar etdi.Əkinçi oldu atlılar,maldar oldu,döyüşçülər evdar oldu.Kim bilir olubmu bu?Görən görüb, gözünü yumub,Eşidən eşidib, dünyadan köçüb!Nağıllaşmış həqiqətdi,Bu bir şirin rəvayətdi,«Gördüm» – deyə bilməz bir adam.

Bəlkə, bəlkəNə o qoca döyüşçü olubmuş,Nə atlılar yorulubmuş.Nə Atilla qəzəbliymiş,Nə də atlar susayıbmış?!Amma, bircə bu doğrudur,Qoca ər də,atlılar da,Atilla daGözəlliyə susayıbmış.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri