Natürmort
Pəncərə taybatay açıq.Səhər küləyi qırıbpərdənin birini,O biri yernən sürünür.Uzaqda görünürmavi, mahud örtüklü stol.Üstündə suyu yarıyacaniçilmiş qrafin,iki ağır fincan.Papiros kötükləriylədolu külqabı,Çiçəkləri solmuş güldan.Kitablar, kağızlar qarmaqarışıq…Bir az dumana oxşayan kölgə,Bir az ümidə bənzəyən işıq.Çənələrə söykənmiş dirsəklərinMahuda hopmuş yorğunluğu.Varaqlanmış səhifələrdəbarmaqların hərarəti.Bir də inadı qırılmış yuxu.Elə-burdaca qalmışimtahanqabağı qorxu.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-naturmort
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,