Dənizdə səhər
Yağışa bax! Yağışa bax!Şıdırğı yağdı bu sabah.Yağdı göyü isladınca,Mavi rəng yerə damınca.
Süzüldü mavilik yerə,Axdı qara üfüqlərə.Axdı şırım aça-aça,Buluddan ta torpağacan.
Bir yandan da əsdi külək,O yerdə ki, qırıldı rəng.Qapıb dəniz dalğasını,Həmin yerə çırpdı onu.
Göy dalğalar axdı göyə,Qarışdı mavi maviyə.Ağardı qorxudan qara,Hava oldu alatoran.
Qovub yerdən qaranlığı,Nəfəs dərib bir anlığa,Dondu səmada rəng seli,Kimsə yoruldu elə bil.
Səhəri açan rəngsazın,Düşdü əlindən fırçası –Qızıl saçaqlı fırçası,Yandı göyün bir parçası.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-denizde-seher
← → düymələri ilə keçid, R — təsadüfi şeir