Səni sevməmişəm, bir dəfə ancaqGözümə göründün ilahə kimi.Bir arzu oyandı qəlbimdə bu vaxt,Qəlbimi danladım sabaha kimi.

Yarımçıq şeirimi tamamlamışdım,Könlüm uçunurdu fərəhdən o gün.Səni sevməmişəm fəqət, bağışla,Səni elə gözəl gördüyüm üçün.

Bakı, 1969

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri