Batıliman
Qarşı dağdan külək əsdi,Təpələri sardı duman.Qoca, yorğun bir qayığam,Gizlət məni, Batıliman!
Qaradəniz coşub yenə,İstəyirəm səndən aman.Daşlarına sığınmışam,Qoru məni, Batıliman!
Səni deyib gəlmişəm mən,Qalmayıb bir kəsə güman.Kəpənəkcə çəkim olmaz,Saxla məni, Batıliman!
Nəfəs qərib duraram ta,Yatar dəniz, susar tufan.Əgər geri qayıtmasam,Qovma məni, Batıliman!
Bağla məni bir qayana,Qayğıma qal zaman-zaman.Beşiyində yırğalanım,Ovut məni, Batıliman!
Sən bir təbib, sən bir loğman,Mənəm səndən şəfa uman.Qarışım ağ sularınaYaşat məni, Batıliman!
Krım, Yalta,
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-batiliman
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Həsb-halTesviri pürmelalımı mütləq gören zevatAnlar keçirtmişəm necə efsürdə bir həyat,
Ey cununi-Leyla, aşiqi-şeydaEy cununi-Leyla, aşiqi-şeyda,Məhəbbətdir ancaq sirati-minhac.