Dənizdən quruya sürünəndənDənizə bənzəyəngöyə uçdular quşlar.Yaman gətirdi onların bəxti…Göyə can atdı insanlar da.Fəqət, zəhmətə alışdıqcaQabarlı əllərdən yox oldu qanadlar,Pöhrə atmamış yolundu qanadlar.

İnsan uça bilmədi…Quşlar çox da sevinməsin,Qayalarda çəkilən şəkillərdə,Misir ehramlarında,Fidinin heykəllərində,Füzulinin qəzəllərindəQayıtdı insanların qanadları.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar