Tələbəlik illərindən bacı bildiyimMəryəm xanıma

Ömrüm Axsu – dolayıdır,Dərələrim qubar dolu.Şerim də düyün-düyündü,Hər düyünü qabar dolu.

Başını sallayıb gedən,Doymadın çürük meyvədən?!Dadına baxmırsan nədən,Misralarım nübar dolu.

Sənə şirin şirin gəlir,Şirin sənə dərin gəlir.Amma mənim şerim gəlir –Hər eyhamı bibər dolu.

Şirinə aldanma, qoçaq,Həqiqət acı olacaq!Barsız söyüd sırma-saçaq,Turş alça bəhrə-bar dolu.

Şair dərdi görüb, deyirDərd də görünür, yeriyir.Şirin sözlər tez əriyir,Acı sözlər təpər dolu.

May, 2007

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri