Budur, Vərqa alub xalusini ol Əntəri vermək
Keçdi gecə, sübh oldu tale’Dərban açdı dəri-məsafe’Vərqa kimi çıxdı xur nəbərdə,Min səncəqi saldı ol nəvərdəVəqti-səhər ol yəli-hicazi,Durdu qıluban əda nəmazi.Cəm’ eylədi ləşkəri-giransəng,Meydani-qətalə qıldı ahəng.Geymiş tənə ətləsi-firəngi,Düşmüş ona ol çü şiri-cəngi.Yanar od tək çəküb zəbanə,Yandurmaq içün dilər bəhanə.
Gəzməkdə hənuz qeyrəti-xur,Düzməkdə cinahü qəlbi-ləşkər.Ol kağəzi-Xosrovi-nikufal,Vərqa tərəfinə qıldı irsal,Qasid çü yetişdi paybusə,Ərz eylədi hal o pak tusə.Vərqayə verüb vəsiqeyi-şah,Ol razdən ani qıldı agah.Məzmuni-xitabə yetdi Vərqa,Ləb açdı cavabə kim təana.Ol sülh içün eylədi müqərrər,Kim iki tərəfdə dura ləşkərXali oluna fəzayi-meydan,Çün səhni-sərayi-dərdməndan.Kimsə dəxi girmiyə arayə,Razi oluban o macərayə.Hər kimsə əlindəki əsirin,Versin, alsın bədəl əmirin.Rüxsətdür ol iki şəhriyarə,Bu ərsədə ol gələ bu darə.Gər qeyr qədəm qoya miyanə,Başın qoya cayi-tərcümanə,Hər kimsə nifaq edərsə peydaHazır mənu ol cidalü qovğa.Bu tərz münadi qıldı avaz,Zahir qəmuyə olundu ol paz.Batin-zahir olub müvafiq,Fe’lə gəldi o əhdi-sabiq.Öz şahını hər kim aldı döndi.Ol şivədə ləşkəri sevindi.Çün mənzilə yetdi ol güzidə,Vərqa ilə rövşən etdi didə.Bağrına çü can basub o yari,Qəmxarının oldu qəmgüsari.Ol neyyəri-bürci-ovci-iqbal,Üzr istəyü qıldı pürsişi-hal.Min növ ilə eylədi dualər,Verdi ona və’deyi-ətalər.
Dedi ona: – Ey mənim pənahım!Halın nədür, ey ümidgahım?De necəsi eylədün bu cəngi,Nə lə’b ilə dutdun ol firəngi?Gəlməkdə sənin kim idi yarın?Şərh eylə bu əsli-karü barın.Nə cövr səni bu rahə saldı?Nə dərd səni bu ahə saldı?Ey mən olayım tüfeyli-rahın,Hər nayibədə xuda pənahın.Yetdi sənə anda de nə külfət?Dutdun bu diyarə ruyi-ülfət?Noldu sənə tərki-yar qıldun,Tənha səfər ixtiyar qıldun.Ey atəvü anənin qərari,Sənsiz nədür anlərin mədari?!Guya ata-anə getmiş əldən,Bu mülkə düşüb sən ol xələldən.Yaxud səni qarət etdi düşmən,Qıldun duruban cəlayi-məskən.Ya qət etmiş əmü məhəbbət,Andan yetmiş sənə küdurət.Ya yarını verməmiş əmuzən?!Qovğa dutmuş o xiş düşmən.Yox-yox qələtəm, bil ey yeganə,Təqdir düzüpdurur bəhanə.Ta kim səni iltə bu diyarə,Səndin buluna bu dərdə çarə.Səndin əgər olmaseydi iqbal.Bu mülkü ədu qılardı pamal.Səndin əgər olmaseydi təşvir,Məhbus idi ömr ilə məni pir.Hala dəxi, ey gözüm çiraği,Qəm çəkmə dur eyləgil fəraği.Bu mülkü bu xaniman sənindür,Nə-nə, qələtəm ki, can sənindür.Oldunsa nə arzuya həmsər,Dur, fe’lə götür bu malü ləşkər.
Çağırdı pəs Asəfi-zəmani,Dilculiq ilə götürdü ani.Şad eylədi sağəri-kəlami,Ə’yanini ləşkərin təmami.Açdı olara rüxi-bəşaşət,Hər birinə verdi istimalət.Ləşkər qəmu şahə göstərüb səf,Pabusinə oldular müşərrəf.Asudə bu yüzdə şahü ləşkər,Öz qövminə çün yetişdi Əntər.Tərk eylədi şiveyi-qərari,Yıxdı ani dərdi-dilfigari.Qeyrət muna der olurmu qail?Olmuya ona murad hasil.Olmaz o bunun çü zirdəsti,Bir kişi ona verə şikəsti.Ta bu işə qılmayım təlafi,Tərk eyləmənəm durub məsafi.Bu sözə durub qılan nəsihət,Ol xəsm dilər mənə fəzihət.Dil açdı qəmu ki, ey cəhandar,Xar ola səni kim istəyə xar.Sən şahü pənahisən bu xeylin,Bu xeyl qəmu sənin tüfeylin.Bir fikr edə gör ki, bu cəvani,Rəf’ eyləyəlüm aradən ani.Gər dursa məsafə, eyləsə cəng,Olmaz o cəvanə kimsə həmsəng.Gər olmasa ol şücai-meydan,Şahi-Yəmənin işidür asan.Hər babdə fikr olundu büsyar,Bu rayə düzüldü axiri-kar.Gecə durub əksəri-sipahi,Nəqb edələr ol nəbərdgahi.Olduqda dəlük-dəlük o meydan,Çün sineyi-mübtəlayi-hicran.Xaşak ilə örtülüb nəzərdən,Pünhan ola dideyi-həzərdən.
Yarın görə çünki ol dilavər,Dutmuş bu nəbərdgahi ləşkər.Əlbəttə, o əhdü bu xilafə,Səbr eyləməyüb gəlür məsafə.Dəf’inə verür bu çahlar nəf,Ol Rüstəmi bir şəğal edər dəf.Çün geydi cəhan libasi-matəm,Bəzmidə itirdü camini Cəm.Talib ona şəhneyi-sitarə,Açdı yerə dideyi-nəzarə.Xəsmə açulub dəri-muradi.Fe’lə gəldi qərari-dadi.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-budur-verqa-alub-xalusini-ol-enteri-vermek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vərqa olar ilə xeyrbadi,Qıldı dutuban təriqi-vadi.
Eşitməgdür bu, Möhsün şahü Gülşa fövti-VərqaniOlduqda təmam o şüğli-cansuz,Ol qövm dağıldı, qaldı Bəhruz.
Budur, Gülşa özün qılmaq məzari-yar qurbaniBir hudəci-dərd içində Gülşa,Dutmuşdu o tale ilə qovğa.
Mücavir olmağıdur bu şəhin ol mərqədi-pakəÇün oldu bəhar aləmaray,Ruyi-çəmən oldu behcətəfzay.