Yan, ocağım, durma, yan!Təndir kimi alovlan!Qalma günəşdən geri.Qızart bu pak dəmiri,Qığılcım saç hər yana,Cansızlar gəlsin cana.Bağım, tarlam güllənsin,Bülbüllərim dillənsin.Şənlənsin tarla, çəmən,Sevinsin ana Vətən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar