Bu, Əntər əhdini sındurmaqü Vərqani dutmaqdür
Pərgari-zəmanə dutdu dövran,Saldı ələ möhrünü Süleyman.Qoyduqda qədəm bu bargahə,Divi-şəbi saldı qə’ri çahə.Baş qovzadı yerdən ol firəngi,Saz etdi yenə silahi-cəngi.Dər’ əgninə geydi, başə miğfər,Açdurdu ələm, yeritdi ləşkər.Bir dəmdə qoşun-qoşun sipahi,Pür qıldı fəzayi-cənggahi.Səf bağladı çaldurub nəqarə,Göz dikdi təriqi-intizarə.Müzdur o qasidi-nigahə,Bijən necəsi düşər o çahə.Şah ol gecə qıldı istirahə,Xürsənd ədu qılan silahə.Əksər bu idi anın gümani,Gecə qayıdur əduyi-cani.Açduqda dəri-dəfinə xazin,Təkbir oxudu durub müəzzin.
Şah aldı vüzu qılub ibadət,Fe’lə gətirüb lüzumi-taət.Mənzil açulub düzüldü məhfil,Məcls qurulub bəzəndi mənzil.Kam istədi Xosrov arzudən,Qafil o ədavəti-ədudən.Gəldilərü qıldılar xəbərdar,Ərz eylədilər ki, ey cəhandar,Amadə olub ədu nifaqə,Xətt çəkmiş ol ayeyi-vifaqə.Mə’lum olunur ki, ol münafiq,Almış ələ nəqsi-əhdi-sabiq.Ol düşməni-din-əduyi-dünya,Dutmuş yenə tazə rəsmi-qovğa.Şah anladı çün o macərani,Düşmən ona eyləyən ədani.Dərvazə açub çıxardı ləşkər,Tip bağladı düşmənə bərabər.Əvvəldə o şiri-həngi-qeyrət,İlhah ilə buldu cəngə rüxsət.Sıçratdı səməndi-badrəftar,Aldı ələ tiği-bərqkirdar.Ol Rüstəmi-əzmü Bəhməni-rəzm,Bir nəhcilə cəngə eylədi əzm.Kim gördü ani gətürmədi tab,Nə tab ki, zöhrə eylədi ab.Ol fərdi-cidalə xətti-bariz,Meydan dutub istədi mübariz.Tə’nə oxunu qoyub kəmanə,Min tə’n ilə atdı ol miyanə.Çağırdı ki, əduyi-bidin,Olsun sənə səd həzar nifrin.Kafir xani, dün qılan qərarın,Ol iqrarın, bu e’tibarın?!Yox gizlü ki, ruzi-cəngü qovğa,Gördün necədür cidali-Vərqa?!Ögmək kişi özni narəvadur?!
Ötmüş sözü söyləmək xətadur!Qoy çakərü ləşkəri kəranə,Durgil bas özün qədəm miyanə.Həmrəzm olalı bu gün mənü sən,Açsın bizə didə dustü düşmən,Hər kimsəyə tale’ etsə yari,Bu biri ola anın şikari.Heç kim ona çıxmadı nəbərdə,Ta çəkdilər ani ol nəvərdə.Vərqa sıçratdı rəxşi-sövlət.Cənd etməgə əldə tiği qeyrət.Nagah təpüldü payi-rəhvar,Ol çahə ki, qılmış idi əğyar.Girdabi bəlayə düşdü zəbzəb,Batdı quyuya o mahi-Nəxşəb.Atdan yerə düşdügündə Vərqa.Aldı araya hücumi-ə’da.Yüz yerdən ona atub kəməndi,Bənd eylədilər o dilnəjəndi.Şəh tip yeridüb qopardı məşhər,Açdurdu ələm buyurdu ləşkər.Şayəd ala əldin ol əsiri,Üftadənin ola dəstgiri.Bu şivədə çak qıldı sinə,Saldurdu zəlazəl ol zəminə.Gürdani-Yəmən olub səbükxiz,Dağıtdı şərarə atəşi-tiz.Yetdi o zəminə əbri-təşvir,Baran ilə bərqi tirü şəmşir.Can verməgə hər biri fədayi,Ta kim alalar o dilrübayi.Avazi-nəfir edüb fəğanlər,Bazigər aradə pəhləvanlər.Məvvac olub ol yəmi-sitizə.Kim çaldı qılıc, kim urdu nizə,Xun ləccəsi içidə təkavər,Su atı kimi olub şinavər,
Şəmşir qılanda busə xüdi,Can cismindən qılar dürudi,Çün ol iki qıldı aşinalıq,Bu rəşkdin eylədi cüdalıq.Gördükdə tələttüfi-ətafə,Düşdü zireh anda piçi-nafə.Dər’ oldu bədəndə xunə kəfgir,Əzbəs anı dəldi misqəbi-tir.Ol aradə badi-tiğ sındı,Min-min yerə dökdü xur yandı.Oldu o üqabi-xoş xüramın,Tən cə’bəsi atılan sihamın.Hərçənd ki, əsdi badi-qovğa,Yetişmədi şahə buyi-Vərqa.Nə göz gördü anın cəmalın,Nə can buldu anın vüsalın.Ta şamgəh ol hücumi-düşmən,Açdurmadılar muradə rövzən.Dəryayə düşəndə dürri-şəhvar,Asan ələ salmaq ani düşvar.Çün əjdəri-şəb saçub şərarə.Yandurdu çirağini sitarə.Göstərmədi nəxli-arzu bər,Məhrum qayıtdı şahü ləşkərDüşmən ələ salmış arzusin,Doldurmuş o badədin səbusin.Qafil ki, sipəhri-şö’bədəbaz,Mümkün qıla özgə bazi ağaz.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-bu-enter-ehdini-sindurmaqu-verqani-dutmaqdur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ta göstərdi Sekəndəri-ruz,Mir’ati-cəmali-aləm əfruz.
Budur, Vərqanın ikinci səvaşiÇün kani-zəbərcəd açdı babın,Göstərdi cəhanə lə’li-nabın.
Üçüncü cəngidür ol qövmi-bədxah ilə VərqanınƏfsun oxudu sipəhri-dəvvar,Ta tişrəyə saldı möhrəsin mar.
Bu, dutmaq Əntəri dördünci rəzmi-pəhləvandürVerdi dögübən şükufəsin zud,Narinci-tər ol nihali-məqsud.
Başqa şairlərin şeirləri
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Badi-sabadənƏndüh-bəla artdı gənə qəhri-qəzadən,Qəm-qüssə çəkib ləşkərini gəldi havadən,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
AldadırElə zamanadır indi,Bəndə xudanı aldadır.