Əfsun oxudu sipəhri-dəvvar,Ta tişrəyə saldı möhrəsin mar.Əflak cəmi götürdü camın,Qoydu yerə xudi-qırfamın.Xali qılub özünü sürahi,Doldurdu o camə ruhi-rahi.Ordu Vərqa durub ayağə.Ol sübhdə püşti-pa fərağə.Əsbabını aldı düzdü ləşkər,Dər’ əgninə geydi, başa miğfər.Ol Xosrovi-kişvəri-məhalik,Tuğrayi-səhifeyi-məarikTa xəsm gəlincə dutdu meydan,Sıçratdı səməndü qıldı cövlan.Qarşu duruban ədu sipahi,Dutdular o pəhləvanə rahi.Hər kim gəlüb eylədi nəbərdi,Göstərdi o yüzdə ruyi-zərdi.Bu rəsmə durub rəhi-qətalə,Ta irdi günəş varub zəvalə.

Baxdı görüb ol bəlanə Əntər,Qorqutdu qəmunu ol dilavər.Olmadı biri hərif o mərdə,Qoymaz kimsə qədəm nəbərdə.Çak eylədi sinə, yaxdı canın,Gördü ölü munca pəhləvanın.Yalquz o pələngi-şirzadə,Qoymaz gəzə rubəh ol aradə.Tərk eylədi şiveyi-ərəbni,Qovqayi-hücumə açdı ləbni.Göndərdi qılub şümari-ləşkər,Ol ərseyi-rəzmgahə bin ər.Ol nakəsər durub cidalə,Öz kəsrətidin uyub məhalə,Görmişlər idi nə macərasın,Ta dəf’ edələr anın bəlasın.Dil bağladılar hücumi-amə,Xürsənd o vəz’i-natəmamə.Ol şir dil oldu çün xəbərdar,Nə fikrdədür o qövmi-xunxar.Hərçənd degil zəmani-mərdi,Üsfur üqab həmnəbərdi.Liykən üqəlayədür bu kirdar,Görməz mur olsa düşməni xar.Tapşurdi özünü kirdigarə,Andan diləyüb ol işə çarə.Mə’budinə eyləyüb təvəkkül,Əglənməgə qılmadı təhəmmül.Atdı yayü ox, buraxdı nizə,Aldı ələ sarimi-sitizə.Hər yanə olurdu həmləavər,Bir-birinə qarışurdu ləşkər.Gəh qəlbə urardı, gəh yəsarə,Gəh meyminə yəsaçub şərarə,Dəryayi-bəla nəhəngi Vərqa,Dutdu yüzə tazə rəsmi-qovğa.Versə qılıcı kimə səlami,Qalmazdı səlamət əldə cami.

Tiği kimə salur olsa sayə,Salur ani vayəsində vayə,Şəmşirinə su verüb həlahil,Bir kasə dolu şərabi-qatil.Bəzmində kiminə sundu sağər.Ol nəxli-həyati qıldı bibər,Getdikcə müxalif eylədi zur,Çün şirəyə izdihami-zənbur.Kim hərbə çalar, kimisi şəmşir,Kim nizə sunar, kimi atar tir.Liykən o bəladə hisni-bari,Olmuş qəmudən anın hisari.Asəf bu xəbərdən oldu agah,Bağlandı o mahə halədin rah.Ol filə hücumi-poşşə bidad,Qıldı verüb intiqamdən yad.Çaldurdu nəfirü dögdi kusi,Xəm eylədi taqi-abnusiTip yeridüb ol vəziri-nami,Dutdu yüzə şivə cəngi-ami.Beş min kişi namdarü qəttal,Vərqa köməginə qıldı irsal.Hər biri yeganeyi-zəmanə,Yox minnət olarda başü canə.Nə didədə tərsü dildə var bim,Nə sinədə hərfi-sülhü təslim.Əzm eylədi çün o seyli-xunriz,Nə seyl ki, bərqi-atəşəngiz.Salmaqda kimi kəmanə pəncə,Şəmşirinə kim verür şikəncə.Kim eylər əlində nizəbazi,Kim şeşpərə bağlamış niyazi.Kim həlqələmiş xəmi-kəməndi,Kim xəncər olundu dəstbəndi.Əntər çü ol işdən anladı raz,On min kişi eylədi sərəfraz.Şayəd qılub ol qəlilə yari,On ola birinin e’tibari.

Çün bir-birə yetdi iki ləşkər,Ləşkər demə iki badi-sərsər.Gərm oldu aradə atəşi-cəng,Can oldu bədən içində diltəng.Əzbəs ki, döküldü lə’lü mərcan,Yüz gizlədi mə’dəni-Bədəxşan,Ox ötdü zirehdən eylə azad,Çün həlqeyi-zülfi-yardən bad.Toz bəs ki, çəkildi asimanə,Ağırlıq ani salub ziyanə,Əgdi belin ol təhəmmüli-bar,Az qaldı ki, ola xakə həmvar.Ol tozda günəş güm etdi rahi,İtürdü sipəhr mehrü mahi.Zəhri-əcəl, abi-nuki-nizə,Çün nabeyi-ərğəmi-sitizə.Su’bani-düsər buraxdı qari,Baş-başə qoyub saçar şərari.Dutdu gün üzün üqabi-tufan,Çün əbri-siyah ruzi-baran.Dökdü o yerə bəla təgərgin,Sındurdi o bağ şaxü bərgin.Qan bəhridə ol nəhəngi-bidad,Çün qərqi-şəfəq hilali-novzad.Xəncər yerə qan tökərdi hər yan,Çün qəmzeyi-çeşmi-məsti-canan.Baş üstidə gürz əjdəha sər,Başlar uşadub pozardı peykər.Təndə zireh oldu dami-pürxun,Xunabi-cigər dağıtdı birun.Çox sər kəsilüb yıxıldı sərdar,Xud oldu o kidsə keyli-e’mar.Ta şam ol iki gəlleyi-şir,Hər biri-birə urardı şəmşir.Çoxlar yedi zəxmi-dilxəraşi,Baş istər ikən kəsildi başi.Künd oldu qılıc, itəndi kinə,Ol kinələr ilə doldu sinə.

Axirdə hümayi-fəthü iqbal,Əhli-Yəmənə müzilleyi-bal.Salduqda yetişdi çirə dəsti,Zahir oldu ədu şikəsti.Çün ləşkəri bəhr duydu hali,Ayrılmağa yox ədü xəyali.Getdikcə olur bəla ziyadə,Yox durmağa məsləhət oradə.Əhli-Yəmənə qoyub sitizi,Dutdular üzə rəhi-gürizi.Rahət döküb atdılar əlamət,Ta tipə yetişdilər səlamət.Çün gördü bu fəth eyləyüb cəhd,Vərqayə yetişdi Asəfi-əhd.Ol ərsədə qılmayub dirəngi,Alub geri döndü ol pələngi.Qonduqda üqab aşiyanə,Durdu o müdəbbiri-zəmanə.Şabaş ona qıldı yüz təbəq zər,Saçdı qədəminə lə’lü gövhər.Qıldı özün eyləyüb sərəfraz,Min bürdi-yəmani payəndaz.Ol sərvəri-mülki-izzü təmkin,Qıldı ona səd həzar təhsin.Məclis bəzənüb quruldu işrət,Gətrüldü yemək, çəkildi şərbət,Qılmani-cəmilə ol aradə,Ta şah uya saldılar vəsadə.Bunlar qəmu eyş içində şadan,Ol Əntər qərqi-bəhri-xəsran.Çün gördü o rəzmdə şikəsti,Bildi, qıldı sitarə pəsti.Çağırdı vəzir ilə vəkili,Ol güm şüdə istəyüb dəlili.Der heyranəm bu karü barə,Vacib qılasız bu dərdə çarə.Xani deyünüz o növcəvanlar?!Pəhlü yerə qoydu pəhləvanlar.

Oldum yəmənilərə bu gün xar,Yetdi mənə cövrü qövmə azar.On min ər olupdurur şikəstə,Məcruhü qətilü zarü xəstə.Düşmən qəmu qayıdub səlamət,Heç birinə yetmədi qəramət.Mə’lumdur ol nəbərdi-mərdi,Xalusidən ötrü var dərdi.Ruyintən ola məgər bu oğlan,Qılmaz ona kar tiği-bərran.Qoymaq ani şanə narəvadur?Gər qoymaz olam dəxi bəladur.Qorxum bu durur ki, surəti-hal,Ə’dayə verə kilidi-iqbal.Zira bu yüzün uşandı sazi,Meydanə girəndə ol hicazi.Ol iki qəmə girehgüşalər,Əvvəl ona qıldılar dualər.Pəs söylədilər ki, ey cəhandar,Artuğ qəmə olmagil giriftar.Döndərmə bu səhl işə məcazi,Asan görünür munun ə’laci.İstər o cəvan Səlim şahi,Fe’li bu sözə verür küvahi.Yarın o qılanda darügiri,Biz şahilə cümleyi-əmiri.Hazır edəlüm o rəzmgahə,E’lam edəlüm qəmu sipahə.Məslub olur imdi şahi anın,Lazım gələ üzrxahi anın.Səbr eyləyə bilməz ol cəvanmərd.Kim dayısına yetişə bu dərd.Çün kim o sözü eşitdi Əntər,Təhsin çılub eylədi müqərrər.Ta kim ola düşməni xəbərdar,Meydani-cidalə nəsb ola dar.Bu xidməti ta düzüncə ə’van,Baş qovzadı bülbüli-səhərxan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri