Ey qibleyi-canım, dəxi meyxanədən əl çək!
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Ey qibleyi-canım, dəxi meyxanədən əl çək!Ey dini sevən, gəl rəhi-biganədən əl çək!
Qəlbimdəki şəmim kimi yan, canıma nur saç,Fırlanma əbəs, adəti-pərvanədən əl çək!
Canü dilimi almısan, ey pərdənişin yar,Bipərdə danış, pərdeyi-kaşanədən əl çək!
Meyxaneyi-eşqində ki, məstanə yıxıldım,Sərməstləri qovma bu meyxanədən, əl çək!
Ya gül kimi al rəngimi, ya ətrimi qaytar,Ya quş kimi sal damına, ya danədən əl çək!
Şahin kimi məskən sənə şahlar əli olmuş,Qovma iki-üç qarğanı viranədən, əl çək!
Məstəm sənin eşqində, vüsalınla ayılt gəl,Qarə qulunam, şiveyi-türkanədən əl çək!
Əfsanə deməzlər, gözəlim, sübh açılanda,Sübhün açılıb, sən dəxi əfsanədən əl çək!
Məqtə — şairin təxəllüsü olan son beyt. Çox söyləmişəm, söyləyirəm bir də, Nizami,Can qoy rəhi-eşqində, bu peymanədən əl çək!
Kitabxana.az · https://kitabxana.az/works/nizami-ey-qibleyi-canim-dexi-meyxaneden-el-cek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey saqi, dayanma, qədəhi gətir!Qədəhsiz şənlənmək mümkün deyildir.
Şərəfnamə, fəsil 63Saqi, ay işıqlı camı ver mana!Padşahın taxtını öpmək adına,
İqbalnamə, fəsil 1Harda ki, ağıl bir xəzinə tapar,Allahın adını eyləyər açar.
İqbalnamə, fəsil 2Bəndəyə əl tutan sənsən, ilahi,Yoxdur səndən başqa onun pənahı.
Başqa şairlərin şeirləri · Eşq
Sevgilim əyninə yaşıl geyinmiş,Sallanışı sərvi-çəmən kimidir.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
Hər yer səfalı, nəşəliHər yer səfalı, nəşəli, hər şey tərəbnisar...Hər dəm gülümsədikcə günəş, məst olur bahar.