Mümkünmüdür məni qurban edəsən?Dərdlərimi görüb dərman edəsən?

Göz yaşımla islanmadan bədənim,Al qanıma məni qəltan edəsən?

Ürək demə, artıq əldən vermişəm,Ona çarə özün, canan, edəsən!

Zəif ovam, saxla məni, öldürmə,Heç dəyərmi məni qurban edəsən?

Göz dikmişəm dodağının şəhdinə,Ümid var ki, bir gün mehman edəsən.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bəlkə vurub ləblərinə möhrünü,Nizamini bir Süleyman edəsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri