Diləyirdim mənə sən bir gecəlik yar olasan!
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Diləyirdim mənə sən bir gecəlik yar olasan!Əhdi, peymanı tutub, əhdə vəfadar olasan!
Gözlərin yadları gördükdə gülür nərgiz tək,Bir tikandır mənə qəmzən, nola, qəmxar olasan!
Dostluğundan demişəm mən, neçə düşmən eşidib,Məni əğyarə xəcil etsən, özün xar olasan!
Mənə dost ol, nə zərər, düşmənim olsun aləm,Kimsədən qorxmaram, ancaq ki, düz ilqar olasan!
Sən nə quşsan, sınayım mən nə sayaq, söylə səni,Hanı bir öylə könül bəndü giriftar olasan?!
Məqtə — şairin təxəllüsü olan son beyt. Şəhər əhli sənin eşqində Nizami kimidir,Nə rəva Axsitana munisi dildar olasan!
Kitabxana.az · https://kitabxana.az/works/nizami-dileyirdim-mene-sen-bir-gecelik-yar-olasan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müğənni, ürəyim düşübdür dara,Bu dərdə sazınla sən eylə çara!
İqbalnamə, fəsil 37Müğənni, şövqlə ucalt səsini,Aç yenə gövhərlər xəzinəsini!
İqbalnamə, fəsil 38Müğənni, bir quşsan - vaxtı düz bilən,De görək: nə qədər keçmiş gecədən?
İqbalnamə, fəsil 39Müğənni, rudunu bir dindir barı,Yada sal nəğmənlə o yatmışları!
Başqa şairlərin şeirləri · Eşq
Xalq şairi Süleyman Rüstəmə*Nə zaman ki, könlün düşdü tufana,
MüxəmməsZivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
A dünyaƏzəl-axır başımıza belasan,Həsrətin bağnmı kesdi, a dünya.