Qəm yemə, bir yar var, axır sənə qəmxar olar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Qəm yemə, bir yar var, axır sənə qəmxar olar,Görsə ki, tənha qalıbsan, yar olar, dildar olar.
Nurlu bir tale dilərsən, yatma sən ta sübhədək,Heç nə çatmaz yatmışa, tale ayıqla yar olar.
Sən hümasan, sərçələr xırmanlara çəksin hücum,Sən ki salimsən, dəvayə möhtac o bimar olar.
Burda şahlar cəng edir, sən tirbarandan qorun.Toyda əllər məclis içrə nazla şəkərbar olar.
Balda milçək batdı, yaxdı şəm də pərvanəni,Kisəni tərrar apardı, dərdmənd əyyar olar.
Yol əgər yoxsa serayə, qəm yemə, eyb eyləməz,Şah ova çıxdıqda ancaq itçilər sərdar olar.
Məqtə — şairin təxəllüsü olan son beyt. At qədəm bir dəm Nizami, tərk elə nakəsləri,Ta gərək bir kəs nə vaxt bu ölkədə salar olar.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-qem-yeme-bir-yar-var-axir-sene-qemxar-olar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər gecə tədbir görür könlüm sənin hicranına,Sübh tezdən bənd olur eşqin şirin sultanına.
Baxsan cəmali-yarə, bir laləzar görərsənBaxsan cəmali-yarə, bir laləzar görərsən,Ruxsari-yar önündə gülzarı xar görərsən.
Qönçə kimi min dərdə könül doldu cəfandanQönçə kimi min dərdə könül doldu cəfandan,Ömr ötdü, xəbər yox niyə bəs əhdü vəfandan?
Mənim ox qəlbimə dəymiş, gözüm pürxün, nədəndir?Mənim ox qəlbimə dəymiş, gözüm pürxün, nədəndir?Özün qəlbimdəsən, nəqşən olur birun, nədəndir?