Hər gecə tədbir görür könlüm sənin hicranına
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Hər gecə tədbir görür könlüm sənin hicranına,Sübh tezdən bənd olur eşqin şirin sultanına.
Könlümü verdim sənə, mən-sən ki, bir can olmuşuq,Başqa bir can varmı, yetsin başqa bir cananına?
Günləri bayram kimi şirin keçər baxsan, gülüm,Sübh tezdən sən nəzər salsan əgər qurbanına.
Varmı cürət, qaldıram şəmşir sən tək atlıya,Başım üstə tutmuşam, vur zərbəni qalxanıma.
Məclisində mən kimi mehman gərək daim sənin,Gövhəri töksün üzə, qəsd eyləsin öz canına.
Sən ciyər didməkdən əl çək, ey pəri, et imtina,Yoxsa qərq eylər səni bir gün ciyər öz qanına.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gözlərimdən sel kimi tökdüm ciyər suyun bu gün,Ta Nizaminin qubarı qonmasın eyvanına.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-her-gece-tedbir-gorur-konlum-senin-hicranina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xosrov dedi: "Bura gəlmişik nədən?Hara getməliyik, hardanıq, de, sən?"
Xosrov və Şirin, fəsil 97Xosrov yenə dedi: "Ey müdrik insan.Bütün sirrlər sənə əyandır, əyan!
Xosrov və Şirin, fəsil 98O bəxtiyar şaha xoş gəldi misal,Verdi bu dəfə də çətin bir sual:
Xosrov və Şirin, fəsil 99Xosrov dedi: "Cansa həyatdan məqsəd,Quru qəfəsdirsə bu bədən fəqət,
Başqa şairlərin şeirləri · Eşq
Könül, səbr ilə etmə əl-aman,Səni bir gün o dildara yetirərəm.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
ÖlkəmDünyamızı seyr etdim min dürlü həvəslərlə,Gördüm coşuyor dillər pək nəşəli səslərlə,
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,