Bircə məni xatırla
Ömrü-günü uzun olsa həsrətin,Göz yaşında bir çiməni xatırla.Çiçəkləri şeh görməmiş saralan,Solub gedən bir çəməni xatırla.
Dağlarıma gün yerinə çən düşüb,Xınalı daş kəkliyindən gen düşüb.Kimi görsən saçlarına dən düşüb,Bircə məni, bircə məni xatırla.
Sevən də çox, sevilən də, atan da,Bu dünyada üzən də çox, batan da.Səksəkəli quş yuxusu yatanda,Bircə məni, bircə məni xatırla.
Mənim gözüm işarədə, himdədi,Eşqim, ruhum sən çaldığın simdədi.Desələr ki, fil dözümü kimdədi,Bircə məni, bircə məni xatırla.
Həm çörəyin, həm duzunam mən sənin,Həm qismətin, həm ruzunam mən sənin.Baharınam, Novruzunam mən sənin,Yaşıllaşan bir səməni xatırla,Bircə məni, bircə məni xatırla.
Can üşüdən sükut görsən, ağlama,Ağlar qalmış bulud görsən, ağlama.Çiyinlərdə tabut görsən, ağlama,Bircə məni, bircə məni xatırla.
Ey Allahın göydən gələn pərisi,Soyulsa da şairlərin dərisi,Bil ki, mənəm min illərin dirisi,Bircə məni, bircə məni xatırla.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-birce-meni-xatirla
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir zaman anama məktub yazardım,Bir zaman atama məktub yazardım.
Varağa köçməmiş min yazı qaldıDünyanın yolları çaşbaş, dolaşıq,Kim narazı qaldı, kim razı qaldı.
GetməOra cəhənnəmdi, qaynar cəhənnəm,Basma ayağını ah-zar yerinə.
Dərman da çoxalır dərd çoxalandaDərman da çoxalırdərd çoxalanda,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bən bir güldüm, açılmadan budağımdan dərdilər,Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər,
GələndəQüdrətdən aləmə xalı sərilir,Xoş baharın çəmənzarı gələndə.
GülEy gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar