Dərman da çoxalır dərd çoxalanda
Dərman da çoxalırdərd çoxalanda,Çatdırır əlliyə,yüzə dərmanı.Tükənir işığı,azalır nuru,Yüz də məlhəm eyləgözə dərmanı.
Yükü daşımaqdanyorulur ürək,Yetişmir dadınanə duz, nə çörək.Xəstə yatağındayatmaya gərək,Düşə qapı-qapıgəzə dərmanı.
Biz dərman (içirik,dərd işə düşür,İşimiz o çərxigərdişə düşür.Hər gün içə-içəvərdişə düşür,Çoxu vurmasa daüzə dərmanı.
Gözlərin yaşınıtəsəlli silmir,İllərin ağrısıcandan çəkilmir.Köhnə yaralarısağalda bilmir,Çox da tərifləmətəzə dərmanı.
Quruyan çöl nədir,yanan iç nədir,Bu qədər vədəsiz,vaxtsız köç nədir?Həkim kağızınınhökmü heç nədir,Yaradan yazmasabizə dərmanı.
Kislovodsk,2005, iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-derman-da-coxalir-derd-coxalanda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən gəldin, təbiət nura boyandı,Ay ocaq yandırdı, il çıraq oldu.
Torpaq ətriÖz içimdə torpaq əkib, dən səpirəm,Duyğuları cücərdirəm pöhrə kimi.
Mən ürəyi ürək kimi saxlamadımMən bilmədim sına bilər, yana bilər,Mən ürəyi ürək kimi saxlamadım.
Gəl şəklini çəkim, dünyaŞəkil çəkmək istəyirəm,Gəl şəklini çəkim, dünya.
Başqa şairlərin şeirləri
Çiskinli dağların başı,Nigar, Çənlibel budu, bu!
Xosrov və Şirin, fəsil 72Xosrov yenə dedi: "İnsaf elə bir,Böylə danışmaqla günümüz keçir.
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
QəhvəGörək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,