Dünyanın yolları çaşbaş, dolaşıq,Kim narazı qaldı, kim razı qaldı.Hərə bir arzunun dalınca getdi,Hərə bir istəyə tamarzı qaldı.

Uçurumlar amansız, yarğanlar dərin,Küləklər şaxtalı, havalar sərin.Gözləri yol çəkən neçə şairin,Neçə keçilməmiş Arazı qaldı.

Dumanlı yollarda dolaşdıq, azdıq,Fikir dağlarını qazdıqca qazdıq.Hər varaq üstündə bir yazı yazdıq,Varağa köçməmiş min yazı qaldı.

2005, 9 iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri