Sən gəlməmişdin
Səsini içinə çəkmişdi bulaq,Yellər qanadını açmırdı o gün.Donmuşdu dağ-dərə, donmuşdu torpaq,Güllərin dodağı qaçmırdı o gün,Sən gəlməmişdin.
Göydən çəkilmişdi günəşin zəri,Yerdə axarını çay saxlamışdı.Elə bil, ən böyük dərdi-kədəriTəbiət mənimçün pay saxlamışdı,Sən gəlməmişdin.
Yox idi həyatda işıqdan əsər,Üstümdə qaralmış bulud var idi.Gözümdən nur getdi, sözümdən kəsər,İçimdə lal olmuş sükut var idi,Sən gəlməmişdin.
Ürəyim xaraba qalmış bir şəhər,Şam kimi qəlbimin yağı damırdı.Üzümdən zəhrimar, dilimdən zəhər,Rəngimdən, ruhumdan ağı damırdı,Sən gəlməmişdin.
Gəldim yerə-göyə vurulmuş kimi,Gəlmirsən, yerinə dərd gəlir, gözəl.Sevənlər evindən uçur quş kimi,Sevənlər evinə pərt gəlir, gözəl.Nə zarafat bilir, nə gerçək bilir,Həsrət gəlişini sərt gəlir, gözəl,Sən gəlməmişdin.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sen-gelmemisdin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri