Kül kimi sovurduq vaxtı göylərə,Ayların, illərin talanı buymuş.Allahdan bir uzun ömür istədik,Baxanda gördük ki, olanı buymuş.

Qəm adlı uçurum var, dərd adlı dərə,Bir xilas yolunu axtarır hərə.Kəsdi qarşımızı, kəsdi bənd-bərə,Zamanın döngəsi, dalanı buymuş.

Bir əsri çatdırmır əvvəldən sona,Ömür qurban gedir şaxtaya, dona.Kim ölməz söylədi insan oğluna,Dünyanın ən böyük yalanı buymuş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri