Yaxşılar içində keçəndə ömrün,Həyat şirin olar, xoş görünərmiş.Yanında olmasa istədiyin dost,Dünyanın bir yanı boş görünərmiş.

Ömrün mənasıdı, qəlbin həmdəmi,Ana da, bacı da, yar da gözəldi.Təkliyin üzünü görəndə bildim,Dost harda şirindi, harda gözəldi.

Qüdrətim olsaydı istədiyim tək,Eşqinə ölümsüz dastan deyərdim.Soyumazdı ürək, yorulmazdı dil,Min il ömrüm olsa, dostdan deyərdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq