O qızın göz yaşları
Xocalı faciəsinin 13-cü ildönümü ilə əlaqədar olaraq yasmərasimi – şəhidləri anma günü keçirilirdi. Hər çıxışda birüsyan, hər ürəkdə bir tufan, hər baxışda bir leysan var idi.Dərdini dilə gətirənlərə bir-bir söz verilirdi. 21 yaşlı Xocalıqızı Xəzangülə də söz verdilər. Ermənilər onun 36 yaşlı anasıRaya xanımı, 5 yaşlı bacısı Yeganəni Əsgəran meşəsində gülləilə dəlik-deşik eləmişdilər. 38 yaşlı atası Təvəkkülü 8 yaşlıXəzan gülün, körpə qızcığazın gözləri baxa-baxa, diri-diriağaca sarıyıb yandırmışdılar. Təvəkkülün günahı ondan iba -rət olmuşdu ki, ermənilər “Qarabağ erməni torpağıdır”sözünü ona dedirdə bilməmişdilər.
Sual da məndədir, cavab da məndə,Xocalı ən böyük dərddimi?Dərddi!
Tərsinə çəkilən düşmən şilləsi,Dəli tufanlardan sərtdimi?Sərtdi!
Gözəllər dağına, düzünə gəlmir,Gözünün işığı gözünə gəlmir,Bu millət hələ də özünə gəlmir,Xəcalət hissindən pərtdimi?Pərtdi!
Tarix bağışlamaz bizə bu işi,Qırmasaq vaxtında qıcanan dişi,Meydandan qaçanlar nankor, nakişi,Meydanda qalanlar mərddimi?Mərddi!
Nə ölən dirilər, nə solan bitər,Axdı göz yaşımız sellərdən betər.Yetər seyrçilik, şahidlik yetər,Şəhidə çevrilmək şərtdimi?Şərtdi!
Dərd var, bir çiyində daşımaq olar,Dərd var, milyon dağdı milyon çiyində.Ey cərrah bıçağı, gəl sinəmi yar,Gör nə var qəlbimin dərinliyində.
Diqqətlə boylansan o dərinliyə,Təmiz havamızı zəhər görərsən.Hamının qəlbində torpaq nisgili,Hamının gözündə kədər görərsən.
Tökülüb, gözünün yaşı qalmayıb,Sökülüb, bağrının başı qalmayıb.Dağılıb, daş üstə daşı qalmayıb,Varından yox olmuş şəhər görərsən.
Baş-ayaq çevrildi hər gün, hər saat,Bizi dəniz kimi çalxadı həyat.Qarabağ tarixi açılsa qat-qat,Tarixə sığmayan kədər görərsən.
O gün qan üstündə açıldı səhər,O gün Xocalıda yer qırmızıydı.Qırmızı-qırmızı üzümə durdu,İblis görkəmində şər qırmızıydı.
Doğrandı dayağı, kəsildi soyu,Qan oldu bayramı, yas oldu toyu.
Qarı ağ görmüşdük ömrümüz boyu,O gün Xocalıda qar qırmızıydı.
Çırpınırdı qan gölündə batanlar,Cığır qanlı, keçid qanlı, iz qanlı.Xına yaxır qayalara, daşlara,Dirsək qanlı, topuq qanlı, diz qanlı.
Qılıncda dərd, qırğında dərd, qında dərd,Çətin çıxar, yuva salıb qanda dərd.Üzdə heyrət, gözdə dəhşət, canda dərd,Dırnaq qanlı, yanaq qanlı, üz qanlı.
Baş açılmır dərddən, yasdan, ələmdən,Dağ əyilir dağdan ağır şələmdən.Yazmaq olmur, qan fışqırır qələmdən,Yazı qanlı, varaq qanlı, söz qanlı.
Məni susdurammaz bu qan, bu qada,Mələk qanadında uçar bu millət.Ən gözəl dərdi də bir içim sutək,Başına qaldırıb içər bu millət.
Namusu papaqtək başından uca,Tarixi zamanın yaşından qoca.Dönər ziyarətə, çevrilər haca,Andını torpağa içər bu millət.
Qanında qeyrət var, canında təpər,Sinəsi sipərdi, kirpiyi çəpər.Günahsız alnından mələklər öpər,Qəmi tapdalayıb keçər bu millət.
Dərd ilə susdurmaq olmaz,Dərdindən uca milləti.İçindəki Haqq işığı,Bənzədər taca milləti.
Özü özünün arxası,Nə sınası, nə qorxası.Qüvvət verər toyu-yası,Gətirər gücə milləti.
Külə dönməz zəmiləri,Suda batmaz gəmiləri.Yüz erməni kimiləri,Qorxutmaz qoca milləti.
Güvənəndə oğullara, qızlara,Ömrün gücü, yaşın gücü tükənməz.Səsinə səs verən olsa basılmaz,Dağın gücü, daşın gücü tükənməz.
Nə mizrabdı, nə pərdədi, nə simdi,Coşan mənim hayqırtımdı, səsimdi.Tək o qızın göz yaşları bəsimdi,O gözdəki yaşın gücü tükənməz.
Xocalıdan danışır,Qarşımda bir qız ağlar.Bu canlının halına,Dil açar, cansız ağlar.
Könlü qırılmış şüşə,Qanlı çöl, yanmış meşə.Kol dibində bənövşə,Bulaqda yarpız ağlar.
Küsüb elin sonası,Gedib əlin xınası.Ölüb ata-anası,Tək ağlar, yalqız ağlar.
İnsanlıqdan uzaqmışinsan qanı tökənlər,Əldən dırnaq çıxarıb,ağızdan diş sökənlər.Sinələrə dağ basıb,ürəyə dağ çəkənlər,Necə qırıb qolları,necə kəsib başları, –Bir-bir yada salırdıo qızın göz yaşları.Çiliklənmiş kaman nə,daşa dəymiş tar nədir,Birdən-birə başlaraqəfil yağan qar nədir?Nədir bu fevral günü,20 Yanvar nədir?Vətənin təqvimindəqara rəqəmlər nədir?Bu çəkilməz ağrılar,daşınmaz qəmlər nədir?Azərbaycan xalqınınNə qədər dərdləri var,nə qədər təlaşları,Bir-bir xatırladırdıo qızın göz yaşları.Arzuları puç olub,ümidləri qırılmaz,Qeyrəti tapdalanıb,vüqarı sındırılmaz,Daş-qayalar yansa da,əqidə yandırılmaz,Yerlə-göylə danışankörpə qız ürəyiniSındırmaq asan deyil.Su dayanar, çay susar,o ürək susan deyil.Xocalı adlı eldən,Tək bircə qız qalıbsa,o, bir qoşun deməkdi.Güllə, atəş, ildırım,mərmi, qurşun deməkdi.Hər düşmən ürəyinəbir qurğuşun deməkdi.Tökülən hər damla yaşGünəş boyda nurdusa,Dənizlər qədər diri,çaylar qədər gurdusa,Canındakı əzabı,Qəlbindəki qəzəbi,Çevirirsə silaha,Ümidlə boylanırsahər açılan sabaha,Körpə qız ürəyinəsığışmırsa inadı,Buludları qucursaonun qolu-qanadı,Sağlam toxumlar kimiümidlər bitəndirsə,Bir qaya parçası da,Onun nəzərlərindədağ boyda Vətəndirsə,Ruh ölməz, bədən ölməz,Yurd ölməz, Vətən ölməz.Oxudar bülbülləri,susdurar bayquşları,“Yaşa, millətim!” deyəro qızın göz yaşları.
Yalançı məktəblərinyalançı alimləri,Min-min yalan uydurub,daş yazdı, taxta yazdı,Yazdığı hər nə varsatərs yazdı, saxta yazdı.Ölkə adı gələndə,millət adı gələndə,Öz adını hamıdanöndə, qabaqda yazdı.Vətəni olmayanlar,ölkəsi olmayanlar,Həmişə kölgə gəzib,kölgəsi olmayanlar,“Vətən də mənəm” – dedi,“ölkə də mənəm”, – dedi.“Bu qədim yer üzünün,Ən birinci millətibəlkə də mənəm”, – dedi.Hey uydura-uydurabu yersiz yalanları,Nahaqdan törətdilərbu boyda talanları.Nifrətlə suçlayırdıbu dava-dalaşları.Yalançı məktəblərə,Yalançı suallara,Yalançı cavablara,İçi nifrətlə dolu.Yalançı kitablara,Ən odlu nifrət idi,O qızın könül ahı,o qızın göz yaşları.
Dağlara yön çevirib“dayağım ol” deyirdi,Küləklərə üz tutub“bayrağım ol” deyirdi,Bağrı yanmış laləyə“çırağım ol” deyirdi,“Qoymayın, qarı düşmənQovdu məni, təklədi,Ayaqlarım süründü,dizlərim iməklədi”.“Sevgilim ol” deyirdiçiçəklərə, güllərə,“Həmdəmim ol” deyirdisevgili könüllərə.Xilasa çağırırdıİmanı Vətən olanəsl vətəndaşları.Axan bir dağ seliydio qızın göz yaşları.
Onu dinləmək ağır,onu eşitmək çətin,Ağzına daş basıblardağ boyda həqiqətin.Hanı səkkiz milyonubu boyda məmləkətin?Qırılan hər sözünəbütün zal hönkürürdü,Heç kəs danışa bilmir,dili lal hönkürürdü,Ürəyə ləkə kimidüşən xal hönkürürdü,Bir salonun içindəyüz mahal hönkürürdü.Yıxırdı qayaları,əridirdi daşları, –Bizə nələr demirdio qızın göz yaşları.
Yalvarıb-yaxarırdı,and-aman eləyirdi,Yalvarışı, harayıbağrı qan eləyirdi.Ona qulaq asandaƏn qalın adamın daçatılırdı qaşları.Daşı mum eləyirdi,dağı qum eləyirdiO qızın hıçqırtısı,o qızın göz yaşları.
Qəlbi şübhə-gümanda,dili ahda-amanda,İniltidə, ağrıda,səksəkədə, gümanda.Ən qorxulu saatda,ən dəhşətli zamanda,Yerə-göyə yalvarıb,qayğı-kömək umanda.O, səni çağırırdı,o, məni çağırırdı,Vətənsiz qalan çocuqVətəni çağırırdı.
Bir xəbər yox gələndən,bir xəbər yox gedəndən,Bükülməyə heç nə yox, –bezdən, çitdən, kəfəndən.Yazıq qız kömək umurbaşsız qalan bədəndən,Başı üstə olmayanbədəni çağırırdı,Ölüsünü bükməyəkəfəni çağırırdı,Sahibləri keyləşənVətəni çağırırdı,O, səni çağırırdı,o, məni çağırırdı.
Göz yaşları deyirdi ki,Eheeeyyy!!!Alçaq qarı düşmən!Qara itə qahmar çıxanala düşmən, sarı düşmən!Nə topum var, nə tüfəngim,nə qalxanım, nə qılıncım,Doğra məni tikə-tikə,parça-parça, xıncım-xıncım.Başımı əz!Qolumu kəs!Gözümü oy!Dərimi soy!Diri-diri odda yandır bədənimi!Oda qala torpağımı,işğal elə Vətənimi!Şişlə dağla ürəyimi!Süngüylə deş kürəyimi!Ağı elə həyatımı,zəhər elə çörəyimi!Tırtılların tapdağındaçeynət məni!Ağrıt məni, ağlat məni!Cəsədimi at çöllərə,qəbrimi qazan olmasın,İtir mənim ünvanımı,Başdaşıma soyadımı,adımı yazan olmasın.Qolbaq çıxmır, qolumu kəs!Üzük çıxmır, barmağımı,Əlcək çıxmır, əlimi kəs!Yeriməyə qoyma məni,qıçımı kəs!Gözəlliyə həsrət elə,Boynumu vur, saçımı kəs!Danışmağa qoyma məni,Dişimi qır, dilimi kəs!Qarnımı cır!Körpəmi vur!Nəslimi qır!Dölümü kəs!
Eheeeyyy!!!Alçaq qarı düşmən!Qara itə qahmar çıxanala düşmən, sarı düşmən!Doğransam da dilim-dilim,Min bir dəfə gəlsə ölüm,Elə bilmə öləcəyəm,itəcəyəm,Sıx meşədə palıd kimi,Dağ döşündə qaya kimibitəcəyəm!Göy çəməndə bitəcəyəmçiçək kimi,Buludlardan enəcəyəmmələk kimi,Birdən-birə dolacağamnifrət ilə,Birdən-birə qalxacağamhiddət ilə.Mən qalxanda məndən əvvəlgözümdəki yaş ayağa qalxacaq,İçimdəki vulkanlarıpüskürdəcək üstünə.Dağ yerindən oynayacaq,daş ayağa qalxacaq,Nifrətini qaya kimiyağdıracaq başına!Dil yerində durmayacaq,diş ayağa qalxacaq!Yeriyəcək sənə doğrusən kəsdiyin ayaqlar,Neçə-neçə baş ayağa qalxacaq!Dağ da, daş da, yaş da, baş da,Öz işini görəcək!Bu vətən də,Vətəndaş da öz işinigörəcək!Bax, o zamanÇıxacağam qabağınaən dəhşətli qorxu kimi!Girəcəyəm yatağınaən ağrılı yuxu kimi!“Harda uddu yer atamı,yer anamı?” deyəcəyəm!“Ver bacımı, qardaşımı,ver anamı!" deyəcəyəm!
Mən oğullar doğacağam,Boş qalmasın ata yeri,qardaş yeri.
Boş qalmasın bu Vətəndəbir qum yeri, bir daş yeri,Çiçək qızlar doğacağam,Ana üçün, bacı üçünhəmdəm yeri, sirdaş yeri.Mən oğullar doğacağambu Vətənə əsgər üçün.Əsgər gərək can tapşıratorpaq üçün, səngər üçün.Səngər gərək hazır olaDöyüş üçün, tufan üçün,məhşər üçün.Boy artımı istəmirəm!Say artımı istəmirəm!Xeyrə-şərə yaramayanKey artımı istəmirəm!Mən oğul yox,namus, qeyrət doğacağam!Azərbaycan sevgisiniürəyinə köçürməyə,Anaları tufanlardansağ-salamat keçirməyə,Gözlərinin işığınıXocalıya köçürməyə,Ulu sevgi,təmiz niyyət doğacağam!Nə satqınlar, nə kölələr,nə də qullar doğacağam,Mərd oğullar doğacağam!“Dəliləri dəmir donlu,Nizəsinin ucu qanlı”Oğuz nədir,Toppuz nədir,Qopuz nədir,Komuz nədir – dərk eləsin!
Əsarəti, ətaləti, cəhalətibirdəfəlik tərk eləsin!Türk sözünü,Türk ruhunu,Türk adınıMetelərdən, Bilgələrdən,Ölkələrdən, bölgələrdənkeçən yolu,Öz suyunu min illərinCövhərindən içən yoluQoy göstərsin kişi kimi!Birdəfəlik bu dünyayagörk eləsin!!!Ağciyərdən, fəraridənoğul olmaz,Mən basılmazbir qətiyyət doğacağam!Ağlı çaşdan,Qəlbi daşdan,Divanədən,Biganədən,Harınlanmış qarınlardan,Qarınlanmış harınlardan,Başı kütdən,Beyni lütdən,Cod tikandan,Boz söyüddənBu Vətənə oğul olmaz!Oğulları atlanmağa,Düşmən dizi qatlamağa,Tanrıya da baş əyməyənbir cəsarət doğacağam!!!
Körpəcə qızcığazınGözünün qabağındaAğaca bağladılaratası Təvəkkülü.Üç dəfə od vurdular,Yerə töküldü yağı,göyə sovruldu külü.Yanmağı bəs deyilmiş,Üstəlik də acıqlaona “yan” deyirdilər.“Sizin vaxtınız keçib,Bizimkidir bu tarix,bu dövran” deyirdilər.Baxışında nifrəti,qəlbində qəzəb, kini,Yanır, bişir, qovrulur,Xocalının sakini.Otuz səkkiz yaşındaQovrulan Təvəkkülünbədənindən yağ damır,Yanan təkcə o deyil,Yanır Təvəkkül kimiKəlbəcəri, Şuşası,Əsgəranı, Ağdamı.Ruh yanır, bədən yanır,Torpaqda qəbir yanır.Çöl yanır, çəmən yanır,Yanır Təvəkkül kimi,yurd yanır, Vətən yanır.Dərə yanır, dağ yanır,Söndürüb keçirən yox,Bütün Qarabağ yanır.Ata baxır qızına,“vay, əziz balam” deyir.Qız qışqıra-qışqıra“vay, əziz atam” deyir.
Bütün sözlər qırılırkörpənin dodağında,Bircə “ata!” sözünübütöv deyir, tam deyir.Elə bil insanı yox,yandırırlar ağacı,tale dönük, bəxt acı.Elə bil insanı yox,yandırırlar odunu,Qız keçirmək istəyiratasının odunu.Cəllad sözünə baxmır,Qatil tutur, buraxmır.Yağının pəncəsindəqız çırpınır quş kimi,Ağlı başından çıxır,yıxılır bihuş kimi.Göz açanda görür ki,Atası yoxdur daha.Ha qışqırmaq istəyir,Səsi çatmır bəndəyə,əli çatmır Allaha.Göz açanda görür ki,Atanın əvəzinəQara bir kömür qalıb,quru bir ağac qalıb.Bir də başı bəlalı,Faciələr şahidiO yanmış ağac qalıb.
Sənə elə gəlməsin ki,mən ölmüşəm, mən yanmışam,Yana-yana mənölməzlik qazanmışam.
Elə bilmə sındırmısan,mən ki heç vaxt sınmamışam.Yandırdığın ağac mənəm,Mən yenə də yamyaşılam,yanmamışam.Atalara “ata” dedim,atam oldu,Analara “ana” dedim,anam oldu.Mən özümü qaçqın kimiaparmadım,Ürəyimdə dağlar boydainam oldu.Yanmış, ölmüş bilmə məni,Rəngi solmuş bilmə məni.Mən nə küləm,Nə kömürəm,Nə xəzələm,Cavanların ürəyindəocaq çatan bir gözələm.Bizə divan tutulandasəkkiz yaşlı bir uşaqdım,İndi qızlar bulağındansu içənəm.Gözdən-gözə od daşıyan,nur çəkənəm.Mən qaldığım dar bir otaqMəndən ötrü bütün cahan.Hər gün orda çiçəklənirRuhumdakı, gözümdəki,içimdəki Azərbaycan!Barmağımda yanan üzük –Göy üzündə yanan Günəş.Mənim sevgimsusmaz bulaq, sönməz atəş.
Mənə yaxın gələ bilməzlal bir sükut,Düşmənimdi qara bulud,qara umud, qara tabut.Cehizimə qarışmasıngözlərimdən axan yaşlar,Qoy olmasın xörəyim buz,çörəyim qar.Qoy olmasın rəfiqəminadı kədər,Nişanlımın adı ağrı.Qoy bitişsin Xocalınınköz-köz olan qara bağrı.
Bir-birinə sarılıbİki igid danışır,İki şəhid danışır.Ağac adam dilində,Adam ağac dilində.Həyata, insanlığabir ehtiyac dilində.Səs boğazda çırpınırquşun qanadlarıtək,Söz dodaqda titrəyirbağrı yanmış arıtək.Bu amansız səhnəyədağ baxır, düz baxırdı,Cəllad durub qarşıdalap üzbəüz baxırdı.Əli yerə yetişmir,göydən ulduz baxırdı,Qayadan çiçək baxır,zirvədən buz baxırdı.
Yaralı TəvəkküləYaraların üstünəsəpilən duz baxırdı.Qığılcımın, tüstünün,odun, külün içindəBir səs “sınma!” deyirdi,Təvəkkülün içində.Ağac da Təvəkküləürək-dirək verirdi,Odunu söndürməyədağlar külək verirdi.Göydən enir buludlar,Bu yanğının üstünəbir qanad gərsin deyə.Göydə quşlar çırpınır,Təvəkkül göyə baxsın,Qarabağ göyləriniyenidən görsün deyə.İçi sağ-salamatdı,Yanan əli-ayağı,qarsan üzü-gözüydü.Bu qədər inanılmazəzabların içindəMərd durub, sərt dayanmaqdüşmənə son sözüydü.“De ki, Dağlıq Qarabağerməni torpağıdır!” –Bu sözü almaq üçünonun dodaqlarındanQığılcımın, alovun,odun gücü çatmadı,Yağının, kəmfürsətin,yadın gücü çatmadı.Dalbadal sifətinə neçəşillə çəkdilər,şillədən çəkinmədi!
Qovurdular özünüöz içinin yağında,Süngülər oynatdılargözünün qabağında.Yenə səbri, dözümü,inadı qırılmadı,Əqidənin, məsləkinqanadı qırılmadı.Bu adamla bu ağacSevginin əfsanəsi,Yanğının pərvanəsi.Qoşa alov fışqırıriki candan, ürəkdən,Göyə uçmaq istəyir,qanad alır küləkdən.Alov gah yaşıl olur,gah ağ, gah da qırmızı,Gah açılır, gah solur,qalxan ah da qırmızı.Göyərir, yaşıllaşırtər-təzə pöhrə kimi,Sarılır bir-birinəBu adamla bu ağacFərhadla Şirin kimi,Tahirlə Zöhrə kimi.Beləcə ömür sürübBu torpaqda can verənigidlərin eşqinə,Bu torpaqda uyuyanşəhidlərin eşqinəSonsuzluğa qovuşub,üfüqlərdən aşdılar,Bu adamla bu ağacbax belə sevişdilər,belə qucaqlaşdılar!!!
O ağacla o adamAlışıb-yandığı yerMəkkən, pirindir, qızım.Külündən götür bir az,Yarana məlhəm elə,Yaran dərindir, qızım.Bu qədər ağrıların,Əzabların içindəYaşamaq istəyirsən,Həyat şirindir, qızım.Üzümü daşdan görən,Ya daşmı üzdür, qızım?Şair sözlə neyləsin,Bu dərdləri yazmağaQələm gücsüzdür, qızım.Sənin nə günahın var,Günahkar mənəm, qızım.Təpədən-dırnağadəkDumanam, çənəm, qızım.Anan güllələnəndə,atan yandırılanda,Xocalıtək bir dağınbeli sındırılandaMən həyatda var idim,Var olsam da, gözü kor,qulaqları kar idim.Ahın ərşə çıxandasəsinə səs vermədim,Nəfəsin kəsiləndəsənə nəfəs vermədim.Qardaş ola bilərdim,qardaşın olammadım,Sirdaş ola bilərdim,sirdaşın olammadım.
Nə bələdçim var idi,nə bir yol göstərənim,Yox idi tufanlarasinəsini gərənim.Haqqa doğru dönüm yox,mən neyləyə bilərdim?Öndərim yox, önüm yox,mən neyləyə bilərdim?Günah təkcə məndə yox,Qanı qarışıqların,dili qarışıqların,Əqidəsi, məsləki,yolu qarışıqlarınBiganə sifətində,soyuq üzündə idi,Günah birində deyil,bəlkə, minində idi,bəlkə, yüzündə idi.Boylanırdı Xocalıdilsiz göylərə sarı,Yolçəkən baxışlarıAllahın ümidində,Haqqın gözündə idi.
Gözüm nuru, başım tacı,ağlamağın daha bəsdi,Səni, məni ağlatmaqdıdüşmənlərin işi, qəsdi.“Vətən” sözü, “torpaq” sözüAllah qədər müqəddəsdi,Dərgahların arasındaən ulu dərgahdı, qızım.Köç-köç olub dağılmışıqmin illərin köçü kimi,Didilmişik analarınqan qarışıq saçı kimi.Günahkarı tanıyırıqovcumuzun içi kimi,Cəzasını verəmməsək,ən böyük günahdı, qızım.
Yüz harayla, harayınaatan gəlməz, anan gəlməz,Çoxu gələr, çoxu gedər,əhvalına yanan gəlməz.Səni doğmaların qədərduyan gəlməz, qanan gəlməz,Qəmli gözdə sübh açılmaz,nə tutqun sabahı, qızım.
Bayquşların niyyətinibeşiyində boğmalıyıq,Arzulara işıq salıbGünəş kimi doğmalıyıq,Yağıların təpəsinəmərmi kimi yağmalıyıq,Bu gün bizdə olan nifrətən güclü silahdı, qızım.
Hər alçağın qarşısındadizlərini bükməz Vətən,Yer dağılar, göy alçalar,heç vaxt yerə çökməz Vətən,Qarabağın həsrətiniçox da uzun çəkməz Vətən,Ellər deyər “Gözün aydındur oyan, sabahdı”, qızım.Hələ Şuşa qalasınınqapısından girməmişik,Cücərməli toxumlar var,bəhrəsini dərməmişik,Boş göylərə üz tutmağınbir xeyrini görməmişik,Kim qaytarsa Qarabağı,o elə Allahdı, qızım.
Min bir qəm kitabı varBu millətin, bu xalqınDüyünlənmiş qaşında.Bu dərdi yazmaq olmur,Qələm qana bulaşırHər misranın başında.Şair ölür-dirilir,Gətirdikcə yadınao qəmli səhnələri,Gör nələri itiribAzərbaycan, nələri?Dərd birdimi, beşdimi,Oğlu ölmüş anatəkdil deyib ağlayasan?Yara qurtarandımı,Məlhəm ilə sağaldıbsarıqla bağlayasan?
Qış gecəsi yuxudaydıq,yoxdu sizdən xəbərimiz,Yumulmuşdu gözlərimiz,uyumuşdu təpərimiz.Saçlarına sığal çəkibdaranırdı rəhbərimiz,O, canını bəsləyirdisən verəndə can, Xocalı.
Bərk yatmışdı, gec ayıldı,pərt ayıldı ayılanlar,Boş başını itirmişdibizə başçı sayılanlar.Dedilər ki, uydurmadı,şayiədir yayılanlar,Sarayların kül olmuşdusöküləndə dan, Xocalı.
Ağ qaranı bəyənmədi,qara ağı tanımadı,Ayaq başdan ayrı düşdü,baş ayağı tanımadı.Yol göstərən çaşbaş oldu,solu-sağı tanımadı,Ha vuruşduq, tapammadıqdərdinə dərman, Xocalı.
Əsirisən cinayətin,qurbanısan xəyanətin,Bu Allahsız vəhşiliyədurub baxmaq xeyli çətin.Tülkü-ayı dostluğunaqurban getdi səadətin,Hamı bilir kimlər verdiqətlinə fərman, Xocalı.
Min bir ulduz yerindədi,bircə ulduz axsa nə var,Bir palıdın başı üstəbir ildırım çaxsa nə var.Bir ürəkdən, bir könüldən,bir yaradan axsa nə var,Min könüldən, min ürəkdən,axdı qızıl qan, Xocalı.
Bu faciə düzdə qırğın,dağda tufan faciəsi,Oğul-uşaq, tifil-körpə,qoca-cavan faciəsi.Qəfil dəyən güllələrinminlərlə can faciəsi,Əsir, girov, qaçqın, ölüm,zülüm, zindan faciəsi,İnsanlığın tarixindəqanlı dastan faciəsi.Bir qızın göz yaşlarınıtəsbeh kimi dənələdi,İpə, sapa düzə-düzəyazdı Zəlimxan, Xocalı.
2005, fevral, may, iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-o-qizin-goz-yaslari
← → düymələri ilə keçid, R — təsadüfi şeir