Ağrılı, həsrətli butalar görüb,Qaçmışam dalınca, yetişməmişəm.Gözlərim nə qədər xatalar görüb,Hələ çoxlarından ötüşməmişəm.

Yarım sola düşüb, yarım da sağa,Yarılmış yarayam, bitişməmişəm.Mən iki ürəkdə bir can olmağa,Hələ kamilləşib yetişməmişəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri