Nə yaxşı qiblə var
Dağ da namaz qılır, daş da, ağac da,Əyilir torpağa, ucalır göyə.Dilində dualar düzülür səfə,Tanrı dərgahına qovuşsun deyə.
Dağlar namaz qılır düzlərə sarı,Düzlər namaz qılır dağlara sarı.Şükür duasıdı öz Allahına,Çiçəyin, yarpağın pıçıltıları.
Canlı da, cansız da can atır göyə,Qüvvəti yerdədi, dayağı yerdə.Bütün inamların, əqidələrinBaşı buluddadı, ayağı yerdə.
Fəsillər özü də namaz üstədi,Səcdədə həm qış var, həm yaz var, Allah.Çoxdan itirərdi dünya səmtini,Nə yaxşı qiblə var, namaz var, Allah.
2009, 30 iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ne-yaxsi-qible-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gün yandırıb qızardıb,Külək vurub bozardıb,
Xatasız ötüşmür xatalı şöhrətOdlarda, sularda verilir bizə,Odlu duyğularda verilir bizə,
Təklik tənhalıq deyilHeç vaxt tənhalığa təklənmək demə,Yalançı hay-küydən sovuşmaqdı bu.
Özünü öldürmək istəyən adamCahillə alimin arasındadı,Zülümlə zalımın arasındadı,
Başqa şairlərin şeirləri · İlahi eşq
Ey dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
Sənsən mənim solum-sağımSənsən mənim solum-sağım,Sənsən yaxınım-uzağım,
بر سر راهی، گدائی تیرهروزنالهها میکرد با صد آه و سوز
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,