Səhərə salamat çıxmaz bu gecə,Dan yeri zülməti atacaq çölə.İşıq doğulmasa qaranlıq ölməz,İnsanın göz yaşı çevrilər gölə.

Sabahın nuruyla yuyular, ancaqGecənin nə qədər günahları var.Ümid nöqtəsidi, inam yeridi,Yaxşı ki, dünyanın sabahları var.

2009, 31 iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri