Təklik tənhalıq deyil
Heç vaxt tənhalığa təklənmək demə,Yalançı hay-küydən sovuşmaqdı bu.Bağlanıb qəlb adlı dosta, həmdəmə,Böyük yaradana qovuşmaqdı bu.
Əl üzü tək qoymaz, düşüncə başı,Əllər çənənindi, fikir başındı.Kitabtək varaqla ruhu, yaddaşı,Fikirlər hamısı yar-yoldaşındı.
Özünə çəkilən haqqa çəkilər,Heç zaman heç kəsə yük olmaz insan.Tanrını qəlbinə dost-tanış bilər,Tək olmaz, tək olmaz, tək olmaz insan.
Şairin dostu var xəyal adında,Bir qələm, bir dəftər varsa bəsidir.Fikir meydanında, xəyal atında,Uzağa bir səfər varsa, bəsidir.
Heç vaxt tək otağa dörd divar demə,Dörd divar Nazimi Hikmət eylədi.Bir dastan bağladı sevincə, qəmə,Dünya türk oğluna heyrət eylədi.
Təklik bostanındı, tənhalıq bağın,Təki inam adlı silahın olsun.Ayağın altında ana torpağın,Başının üstündə Allahın olsun.
Heç zaman kəm baxmaz yaratdığına,Gövdənin, budağın, kökün Allahı.Gərək hər sığınan haqqa sığına,Allahın təki var, təkin Allahı.2006, fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-teklik-tenhaliq-deyil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
تیرگیها را ازین اقلیم بیرون داشتن
Eylər"Can" deməklə candan can əskik olmaz,Məhəbbət artırar, mehriban eylər.
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.