Zərif adamların nur kimi çağlarİnsaf üzərində, barış qanında.Solan yarpağı da yaş töküb ağlar,Ruhuna toxunmaz qarışqanın da.

Can atdım dəftərə, qələmə, saza,Silaha, tüfəngə can atmamışam.Kimisə, nəyisə verib güdaza,Bir quş dimdiyi də qanatmamışam.

2000, 13 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri