Çəkmişəm
Əsən küləklərə vermədim ömrü,Arıtək güllərdən şirə çəkmişəm.Göylərə bənzədim ulduzlarımla,Çiçək bitirməkdə yerə çəkmişəm.
Gəldim könüllərə ustad olmağa,Gəldim sevgilərə Fərhad olmağa.Sınan ümidlərə qanad olmağa,Ocağa çəkmişəm, pirə çəkmişəm.
Canlı təbiətlə durdum göz-gözə,Bağrım oda döndü, ürəyim közə.Ruhuma yatanı çevirib sözə,Qəlbimə yatanı şeirə çəkmişəm.
2002, 20 fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-cekmisem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ömrün yollarında arxalanmağa,Kişi var, dədə var, ər var, ərən var.
Tanrım, sənə şükürlərTanrım, sənə çox şükür,Sənə tapınmaq üçün,
SəslərEşidə bilirsənmi göydən gələn səsləri?Yağışın da, qarın da, buludun da səsi var.
Desəm ki...Göylərin qapısı üzümə açıq,Yerlərin qapısı üzümə açıq.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Al yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Güllərin nə günahıBir yol görən, min yol dönüb baxardı,Bu güllərin vaxtı vardı, əzizim.
MəniTərlandı baxışın, gözün can alan,De çək caynağına, di darə məni.
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?