Ömrün yollarında arxalanmağa,Kişi var, dədə var, ər var, ərən var.Yazda toxumları səpən, göyərdən,Payızda əl atıb barı dərən var.

Ağlayar yıxılan, sevinər yıxan,Yıxılmaz Allahın əlini sıxan.Sərsəm qasırğadan salamat çıxan,Dəli tufanlara sinə gərən var.

Bilirəm qədrini zilinən, pəsin,Avazın, ahəngin, nəğmənin, səsin.Heç kəs mənim üçün yol göstərməsin,Mənə İlahidən yol göstərən var.

2000, 12 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq