Mən bir yola könül verdim,Yol məni duru saxladı.Baxışımda haqq odunu,Qəlbimdə nuru saxladı.

Gözümü yaşdan qorudu,Yazımı qışdan qorudu.Qardan, yağışdan qorudu,Külümdə qoru saxladı.

Haqdan, nahaqdan ölmüşdüm,Qılıncdan, oxdan ölmüşdüm.Vallah, mən çoxdan ölmüşdüm,Saz məni diri saxladı.

2000, 17 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri