Axar çaya dönməsəMəhəbbətim, həvəsim.Zirvələrin qarınıƏritməsə nəfəsim,Özünə tay bilməsəOcaq məni, kül məni,Onda ölmüş bil məni.

Dodaqlarda gül açıb,Dillərdə oxunmasa,Sözüm ürəkdən gəlib,Xalıtək toxunmasa,Yersiz işləmiş olsamBir naxışı, ilməni,Onda ölmüş bil məni.

Hava üstə köklənib,Saz eşqinə ötməsəm,İstəyimə qovuşub,Diləyimə yetməsəm,Özündən ayrı salsaMizrab məni, tel məni,Onda ölmüş bil məni.

Vətən, könül sərvətin,Könül varın olmasam,Nəğmələrə çevrilənNəğməkarın olmasam,Dəftərindən qarala,Yaddaşından sil məni, –Onda ölmüş bil məni,Onda ölmüş bil məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri