(Hacımurad dayımın dediklərindən)

Uçmaq istəyirsən, arzuya alqış,Güc ver güvəndiyin qanadına sən.Yaxın buraxmasa qoynuna səni,Baxma zirvələrin inadına sən.Bisütuna dönsə hər duman qatı,Çevril əqidənin Fərhadına sən!Eşqinlə ucalıq heykəli yaratXalqına, elinə, övladına sən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri